Masa arxasında edilə biləcək məşqlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 722
Səs ver:
(səs: 0)
Masa başında saatlarla oturub sonra da boynu, beliniz, kürəyiniz ağrıyırsa 5 dəqiqəlik masa başı məşq hərəkətlərini mütləq öyrənin deyirik. Uzun saatlar ərzində hərəkətsiz çalışan insanlarda bel, boyun, kürək, bilək kimi orqanizmin müxtəlif bölgələrində sağlamlıq problemləri baş verəcəyinin qeyd edən Səbri Ülkər Fondu, masa başında yalnız 5 dəqiqənizi ayıraraq görəcəyiniz məşq də faydalı olacağını qeyd edir.

Qadinla.com sadəcə 5 dəqiqənizi alacaq 10 iki-üç masa başı məşq nümunələrini təqdim edir.

Ayağa qalxaraq ovuc içinizi barmaq ucları yuxarı baxacaq şəkildə sinə səviyyəsində birləşdirin və 10 saniyə müddətlə aşağı doğru itələyin.

Ayağa qalxaraq ovuc içinizi barmaq ucları yuxarı baxacaq şəkildə sinə səviyyəsində birləşdirin 10 saniyə boyunca yuxarıya doğru çəkin. Bu məşqlər birinci məşqlə birlikdə edildikdə əl biləyi və qol əzələləriniz əsnəməyə, karpal tunel və qol ağrılarından qorunmağa yardımçı ola bilər.

Oturar halda hər iki əlinizi irəli uzadın və ovuc içiniz çölə baxacaq şəkildə əllərinizi birləşdirin. 10-20 saniyə ərzində qol və kürəyinizi əsnədin.

Ayağı qalxıb əllərinizi arxanızda, bud səviyyəsində birləşdirin. Bu halda boynunuzu sağa doğru azca əyərək 10-12 saniyə əsnədin. Sonra eyni hərəkəti sola doğru təkrar edin.

Ayağı qalxın. Hər iki qolunuzu da yuxarı doğru qaldırın. Sağ əlinizi başınızın arxasından bükərək əlinizlə sol qolunuzun arxasına toxunun, sol əlinizlə də sağ əlinizin dirsəyini tutun. Bu halda sağ qolunuzu və kürəyinizi 8-10 saniyə əsnədin. Eyni hərəkəti sol qolunuzu da əsnətmək üçün təkrar edin. Bu məşqlər, kürək əzələləri və onurğa əsnətməyə, kürək, bel və boyun ağrılarından qorunmağa yardımçı olur.

Ayağı qalxın. Qollarınızı yuxarı uzadın və ovuc içiniz çölə baxacaq şəkildə əllərinizi birləşdirin. Əllərinizlə özünüzü yuxarıya doğru çəkərək 10-12 saniyə müddətlə onurğa əsnəyin. Bu məşqlər, kürək əzələləri və onurğa əsnəməyə, kürək, bel və boyun ağrılarından qorunmağa yardımçı olur.

Ayağı qalxıb qollarınız iki tərəfdə çiyinlərinizi arxadan önə doğru dairələr cızın. 5 saniyə ərzində 3-5 təkrarla hərəkəti tamamlayın.

Dik oturun. Əllərinizi ayağınızın aşağı hissəsinə doğru yerləşdirin. Ayağınız sabitləyib kürəyinizi geriyə doğru verərək 10-15 saniyə müddətlə əsnəyin.

Oturun və sağ ayağınız üstündə olacaq şəkildə qıç qıç üstünə atın. Bədəninizi yavaşca sağa doğru döndərin. Sağ əlinizlə sağ dizinizə, sağ əlinizlə da stul və ya mandatınızın arxasından dəstək alaraq 8-10 saniyə dartın. Eyni hərəkəti sol ayağınızı və qolunuzu istifadə edərək təkrar edin.

Ayağı qalxıb qollarınız iki tərəfdə dirsəklər azca əyərək 8-10 saniyə ərzində əllərinizi və ayaqlarınızı bulandırın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 722
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri