Evdə SQUAT hərəkəti necə edilir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 2 834
Səs ver:
(səs: 0)
Gündəlik həyatda adının tez-tez eşidildiyi squat yəni çöməlmə hərəkətinin nə demək olduğunu və nə işə yaradığını sizlər üçün açıqlayırıq. Squat hərəkəti haqqında bilinməsi lazım olanlar Qadinla.com-un bu məqaləsində.

Evinizdə, öz özünüzə yoxlaya və bədəndəki bir çox əzələnin eyni anda hərəkət etməsini təmin edən squat, idman növündəki ən səmərəli hərəkət onlardandır. Xüsusilə də ayaq və bud arasındakı zəif əzələləri möhkəmləndirər.

SQUAT HƏRƏKƏTİ NƏDİR? NƏ İŞƏ YARAYIR?

Xalq arasında çöməlmə olaraq adlandırılan squat, ön və arxa ayaq, bel baldır və çiyin əzələlərini hərəkətə keçməsini təmin edən ən təsirli hərəkətdir. Hər gün nizamlı edildikdə metabolizm sürətlənməsinə yarayan, budları sərtləşdirən və bədəni şəklə salan squat ilə istədiyiniz formaya qovuşacaqsınız.

Oynaq zəifləmə riskini əngəlləyir.

Bədəni sıxlaşdırmağa yardımçı olur.

Yemək yedikdən sonra tətbiq olunanda kalori yandırılmasını asanlaşdırır.

Əzələ kütləsini artırır.

KLASSİK SQUAT HƏRƏKƏTİ NECƏ EDİLİR?

Evdə SQUAT hərəkəti necə edilir?

Ayaq, omba və budunun şəkilli olmasını təmin edən squat hərəkəti:

Bədəninizi dik bir vəziyyətdə saxlayın və ayaqlarınızı çiyin genişliyində açın. Kürəyiniz düz dayandıqdan sonra dizləri yüngülcə bükün. (Stulda otururmuş kimi)

Budu baldır səviyyəsinə gələnə qədər çökün və keçmiş vəziyyətinizə qayıdın.

15 dəfə təkrar edib 3 set yaradın.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri