Pilates və qidalanma

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1008
Səs ver:
(səs: 0)
– Pilateslə məşğul olarkən seanslarınıza çox tox qarınla başlamamağa diqqət edin. Eləcə də çox ac vəziyyətdə məşğul olmamaq məhsuldarlıq üçün faydalıdır. Hərəkətlərin rahatlıqla yerinə yetirilməsi, qarnınızda narahatlığın yaranmaması və qan şəkərinin stabiliyyini qorumaq üçün ən uyğun zaman, pilatesə başlamazdan minimum 1.5 saat əvvəldir.

– Pilates məşqləri etdiyiniz zaman ərzində bir stəkandan artıq su içməməyə diqqət edin. Susadığınız zaman otaq temperaturunda olan sudan bir neçə yudum almağınız kifayətdir.

– Məşqlərdən əvvəl karbohidrat və proteinlə zəngin olan məhsullar arasındakı tarazlığı qoruyaraq qidalanmalısınız. Karbohidratlardan şəkər, un, düyü kimi qan şəkərini sürətli artıran qidaları qəbul etməməyə diqqət edin. Bunların əvəzinə çovdar, buğda və yulaflı çörəklə qidalanmağa çalışın. Protein olaraq ət, toyuq və ya balığın az yağlı olan qismlərini bişirə bilərsiniz və ya yumurta və pendir kimi məhsullardan istifadə edə bilərsiniz.

– Üzgüçülük, qaçış, yerimə və tennis idman növləri kimi yağları əritməyin əksinə pilates, daha çox əzələləri çalışdırmağa və gücləndirməyə fokuslanmışdır. Bu səbəbdən pilateslə məşğul olan insanların yüksək kalorili yeməklərlə qidalanmaları düzgün hesab edilmir. Bu, şəxslərin artıq çəki qazanmasına gətirib çıxara bilər. Hazırkı kilolarını qorumaq istəyənlər normal qidalanma ilə, arıqlamaq istəyən pilatesçilərin isə dietoloqların köməyi ilə özlərinə uyğun bir qidalanma tərzi formalaşdırmaları məqsədəuyğundur.

– Pilateslə məşğul olanlar gündəlik yaşantılarında sağlam və tarazlığı qoruyacaq şəkildə qidalanmağa diqqət etməlidirlər. Dörd əsas qida qrupundan olan süd və ağartı məhsulları, ət, toyuq və balıq kimi proteinlə zəngin qidalar, tərəvəz və meyvələr və bütün taxıl məmulatları istifadə edilməlidir.

– Elmi araşdırmalar göstərir ki, əzələləri gücləndirən məşğələlərdən sonra yağsız süd istifadəsi əzələ kütləsinin artmasında yardımçı rol oynayır. Pilates, əzələlərinizi gücləndirməyə faydalı idman növü olduğu üçün bu prosesə süd istifadə edərək dəstək ola bilərsiniz.

– Arıqlamaq istəyənlər, qidalanmalarında iki faktora mütləq diqqət etməlidirlər. Bunlardan ilki, davamlı şəkildə kalsium mineralını qəbul etməkdir. Kalsium mineralının lazımından az qəbulu arıqlama prosesini ləngidə bilir. Bu səbəbdən gündə 2 stəkan yağsız süd və ya qatıq istifadəsi tövsiyyə edilir. İkinci faktor isə omeqa-3 yağ asidlərinin davamlı qəbuludur. Bunun üçün həftədə 2-3 dəfə balıqla qidalana bilərsiniz.

Pilatesin əsas fəlsəfəsi tarazlıqdır. Zehin və bədən arasındakı tarazlığı qorumaq pilatesın özəyi hesab edilir. Sağlam qidalanma isə bu şərtin yerinə yetirilməsi üçün vacib amil kimi dəyərləndirilir. Pilateslə məşğul olursunuzsa sağlam qidalanmanı hər zaman diqqət mərkəzində saxlamalısınız.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1008
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri