Hamiləlik pilatesi nədir?

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 3 110
Səs ver:
(səs: 0)
Hamilələrin xüsusilə sağlam bir doğuş prosesi üçün ehtiyacı olan və həkimlərin də tövsiyyə etdiyi kaqel(pelvic əzələsini sıxıb buraxmaq) məşqləri nəticəsində, doğum əsnasında gərginləşmə və ıkkınma qabiliyyətlərinin inkişaf etdirilməsi ilə prosesin daha rahat keçməsinə yardım edir.

Hamiləlik pilatesinin ən vacib faydalarından biri ananı normal doğuma hazırlamasıdır. Bu müddətin daha rahat keçməsini şərait yaradır. Təbii ki, hər ananın normal doğum reallaşdırması ən optimalı olsa da ekstrim vəziyyətlərdə keser əməliyyatı ilə də yerinə yetirilə bilir.

Hamiləlik pilatesi nə vaxt edilə bilər?
Əvvəllər davamlı məşqlər həyata keçirməmiş hamilə qadınlar, hamiləliyin 13-cü həftəsində pilatesə başlamalı və bədənlərinə artıq ağırlıq verəcək hərəkətləri etməkdən çəkinməlidirlər. İlkin mərhələdə həyata keçirilən məşqlərlə başlanılmalı və məşq tempi zaman keçdikcə artırılmalıdır. Hamiləlik pilatesinə, hamilə qaldıqdan 3 ay sonra başlanılmalıdır. Daha erkən zamanda başlamamalı olmanızın səbəbi isə uşağın düşməsinin qarşısını almaq üçündür. Əvvəllər uşaq düşməsi yaşamış qadınlar bu müddəti biraz da ləngidə bilərlər.

Hamiləlik pilatesi necə həyata keçirilir?
Hamiləlik pilatesi, reformer alətində və mat üzərində həyata keçirilir. Xüsusilə, mat pilates zamanı hərəkətləri dəstəkləyən əşyalar yerləşdirilir. Bunlar, pilates təkəri, dumbblelar, kiçik və böyük pilates topu ola bilər. Böyük pilates topu, ana doğuma hazırlandığı ərəfələrdə həkimlər tərəfindən tez-tez tövsiyyə edilməkdədir. Bu aparatları istifadə edərkən təbii ki, hərhansı bir şəxs kimi yox, hamilə qadınlar üçün nəzərdə tutulan tərzdə yerinə yetirməyə diqqət edilməlidir.

Hamilələr pilateslə məşğul olarkən nələrə diqqət etməlidirlər?
Pilatesə başlamazdan əvvəl həkimləri ilə məsləhətləşməlidirlər
Həftənin 2 və ya 3 gününü keçməyəcək tərzdə məşğul olmalıdırlar
Dərs müddəti maksimum 40 dq olmalıdır
Düşmə təhlükəsi və qarın travması riski olan idman növləri ilə məşğul olmamalıdırlar
Su idman növləri ilə qətiyyən məşğul olmamalıdırlar
Bədən temperaturunun 38 dərəcədən aşağı olmasına səbəb olan məşqlərdən yayınmalıdırlar
Az şiddətli bir məşq etməməyə səy göstərməlidirlər
Bədəndəki suyun normativinə diqqət göstərməlidirlər.
İsinmə və bitdikdən sonra normal vəziyyətə keçmək üçün 10 vaxt ayırmalıdırlar
Üst səviyyə dartınma məşqləri etməməlidirlər
Sürətlə həyata keçirilən məşqlərdən yayınmalıdırlar.
16 həftəlikdən sonra uzanaraq həyata keçirilən məşqləri azaltmalıdırlar
Artıq kilolu hamilələr pilateslə yanaşı olaraq dietoloq yarımı ala bilərlər. Ancaq bu diet zamanı körpə üçün problem təşkil edəcək faktorları nəzərə almaqda fayda var.
Dərslərə daimi davam edilməlidir.
Pilates məşqlərinin olduğu günlərdə uzun məsafə yerimək və həmin gün özlərini yoracaq hərəkətlər etmək qadağandır.

Hamilələrdə pilateslə məşğul olmağın problem yaradabiləcəyi vəziyyətlər?
Hamilə qadınlar pilatesə həkim tövsiyyəsini nəzərə alaraq başlamalıdırlar. Həkimin uyğun görmədiyi vəziyyətlərdə pilateslə məşğul olmağınız problem yarada bilər. Xüsusilə ürək-damar rahatsızlıqları olan, nəfəs problemləri yaşayan və tiroid xəstəliyi olanlar mütləq halda həkim imzası atılmış olan bir müayinə sonrası başlamalıdırlar. Bundan əlavə olaraq yoxlanılmayan şəkər xəstələrində, uşağın düşmə ehtimalı olanlarda, yüksək təzyiqi olanlarda vaginal qanaması olanlarda pilatesə başlamaq üçün mütləq həkim təsdiqi olan sənəd təqdim edilməlidir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 110
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri