Fitnes motivasiyanızı artıracaq 25 ilhamverici söz

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 512
Səs ver:
(səs: 0)
Xüsusilə fitnessə yeni başlamısınızsa, qış günlərində özünüzü evdən çölə çıxarmaq çətin situasiya ola bilir. Əgər sizin də fitnes üçün özünüzü motivasiya etməyə, işləri biraz da yüngülləşdirməyə ehtiyacınız varsa buyurub yazımızın davamını oxuyun.

Beləliklə, fitnes motivasiyasınızı yüksəltməniz üçün seçdiyimiz ilhamverici cümlələr:
Bədəninizdən çıxan tərlər əslində əriyən yağların göz yaşlarıdır.
Tamamilə dayandırmaq istədiyiniz zamanlar məşqlərə niyə başladığınızı xatırlayın.
Heç vaxt daha asan olmur. Sadəcə siz getdikcə güclənirsiniz.
Fitnes, kimdənsə daha yaxşı olmaq üçün yox, özünüzün əvvəlki halınızdan daha yaxşı olmaq deməkdir.
Möhtəşəm şeylər heç vaxt konfort zonanız daxilində baş vermir.
Ehtiyyacınız olan hər şey sizin yanınızdadır.
Dissiplin, indi istədiyiniz şeylə ən çox istədiyiniz şey arasında etdiyiniz seçimdir.
Bütün yeniliklər tək bir addımla başlayır.
Bədəninizə nifrət etdiyiniz üçün yox, onu sevdiyiniz üçün məşqlərə başlayın.
Heç vaxt asan olmayacaq ancaq çəkilən əziyyətə hər zaman dəyəcək.
Yavaş-yavaş irəliləmək heç vaxt irəliləməməkdən yaxşıdır.
Sürətinizin fərqi yoxdur, irəliləmək hər zaman irəliləyişdir.
Çatmaq istədiyiniz nöqtədə olmaya bilərsiniz ancaq hazırda dünən olduğunuzdan daha irəlidəsiniz.
Məşqlərin əvəzinə bəhanələrlə məşğul olmaq 0 kalori yandırır.
Üzərində çalışdığınız ən möhtəşəm layihə sizin özünüzsünüz.
Əzələ ağrıları həyatınızdakı ən həzzverici ağrılardır.
Fit olmaq hansısa bir hədəf yox, məhz yaşam tərzidir.
Tərləmək sehirli bir şeydir, istədiklərinizin reallaşması üçün bu sehirdən məhrum olmayın.
Qaldırılan ən çətin şey, divanın üstündə tənbəl-tənbəl oturan miskin bədəninizdir.
Həyatınızdakı ən gözəl anlardan biri, bədəninizin iki həftə əvvəl yerinə yetirə bilmədiyi şeyi indi reallaşdıra bilməsinə şahid olmaqdır.
Əslində çox sadədir, ya edə biləcəksiniz ya da yox.
Əgər hadisələrə baxış bucağınızı dəyişdirsəniz bir yerdən sonra baxdığınız şeylər də öz-özlüyündə dəyişəcək.
Məşq edin, sağlam qidalanın və səbrli olun. Bədəniniz sizə layiq olduğunuz mükafatı verəcək.
Gələcəyi əvvəlcədən görməyin ən yaxşı yolu onu özünüzün yaratmağınızdır.
Hər uğurlu qadının arxasında buralara qədər yüksəlməsinə şərait yaradan gözəl ombalar var.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 512
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri