Üzgüçülüyün ziyanı və faydaları

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 949
Səs ver:
(səs: 0)
Aşağıda qeyd etdiyimiz kimi üzgüçülüyün bir çox xeyrlərindən əlavə bəzi insanlara ziyan olma ehtimalı var. Bunlardan bir neçəsini sadalamaq olar.
· Əsasən sanitar gigiyenik normalara əməl olunmayan hovuzlarda yoluxucu xəstəliklərin yaranma ehtimalı var ;
· Hovuzda xlorun normadan çox olması isə daha çox astma xəstəliyinə təsiri və dəriyə allergetik təsir etmə ehtimalı ola bilər ;
· Sudan çıxdıqdan sonra özünüzü soyuqdan qorumasaz xəstələnə bilərsiz. Əsasən də baş və qulaq nahiyyəsindən ;
· Digər qəzalarda baş verə bilər. Hovuza atıldıqda diqqətsizlik nəticəsində xəsarət ala bilərsiz ;
· Güclü üzgüçü deyilsinizsə əlbəttə boğulma ehtimalı ola bilər. Üzməyi öyrənənə qədər qolluqlardan istifadə etsəz çox yaxşı olar.

Üzmək heç bir əziyyət tələb etməyən bir idman növüdür. Formada qalmaq və sağlam həyat tərzi yaşamaqdır. Sözsüz ki, üzgüçülüyün faydaları ziyanından daha çoxdur.

Üzmək:
· Sümük xəstəliklərinin müalicəsində effektiv təsir göstərir,bütün əzələləri gücləndirir ;
· Stressi aradan qaldırır ;
· Astma xəstəliklərinə müsbət təsir göstərir ;
· Diabet riskini azaldır ;
· Artıq yağları əridir ;
· Gözəl bədən quruluşuna sahib olmağınıza kömək edir və s.

İnsan üzərkən vücudun bütün əzələləri hərəkət edir və bədəni yaxşı formada saxlayır. Eyni zamanda bədən oynaqlarınızı işlətdiyi üçün zamanla daha da elastiklik qazanaraq oynaq və sümük çıxıqları, qırılmaları kimi problemlərlə qarşılaşmamanıza kömək olar. Üzgüçülük o qədər faydalı bir idman növüdür ki, yaşlı nəsil də məşğul ola bilər. Hətta hamilə qadınlara da məsləhət görürlər. Selülitdən azad olmalarına,dərinin hamar və cavan qalmasına həmçinin doğuşdan sonra yaranan artq çəkidən qurtulmalarına kömək edir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 949
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri