Üzgüçülük haqqında bilmədiyiniz 12 fakt

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 357
Səs ver:
(səs: 0)
Üzgüçülük ən faydalı idman növlərindən biridir. Biz hamımız bilirik ki, suda olmaq həm fiziki həm də psixoloji cəhətdən sağlamlığa faydalıdır. Bu məqalədə siz üzgüçülüklə məşğul olmaq üçün özünüzdə stimul tapacaqsız.

1. Çəki atmağınıza kömək edəcək.
Üzgüçülüyün ən effektiv faydası piylərin yandırmasıdır. Birincisi siz üzən zaman bütün əzələləriniz fəaliyyət göstərir, ikincisi isə sərin su sizin yetərincə enerji sərf etməyinizə yardım edəcək. Daha yüksək nəticə əldə etmək üçün isə “butterfly” (kəpənək )üzmə texnikasını öyrənə bilərsiz.

2. Dartılmış qarın.
Sizə elə gəlir ki, üzən zaman ən çox əllər və ayaqlar hərəkətdə olur. Bu heç də belə deyil. Üzən zaman press əzələləri də fəaliyyət göstərir. Press əzələlərini inkişaf etdirmək istəyirsizsə o zaman “delfin” üzmə texnikasından istifadə edə bilərsiz. Həmçinin digər üzmə stilləri də artıq çəki atmanıza kömək edə bilər.

3. Əla idman seçimi.
Trenajor zalında məşq etmək üçün kifayət qədər gücünüz yoxdursa və ya yağışlı gündə qaçmaq istəmirsinizsə hovuzda üzmək sizin üçün əla seçimdir. Suda yarım saat üzdükdən sonra kifayət qədər gücünüz yarana bilər

4. Rəqəmsal detox.
Trenajor zallarında idmanla məşqul olanların əksəriyyəti telefonlardan ayrıla bilmirlər. Hovuzda isə zənglər üçün məşqul olacaqsız. Ən az 1 saat elektron poçtunuzu və ya instagramda like-larınızı yoxlamayacaqsız 

5. Ürək və ciyərin sağlamlığı.
Bir çox professional üzgüçülər öz karieralarına astma xəstəliyindən yaxa qurtarmaq üçün başlamışlar. Belə ki, nəm hava ciyərlərə müsbət təsir göstərir. Üzgüçülük zamanı əsas şərtlərdən biri tənəffüs sistemini nəzarətdə saxlamaqdır. Üzgüçülüklə məşğul olan insanın ürək döyüntüləri dəqiqədə 200 dəfəyə qədər artır.

6. Qan-damar sisteminin yaxşılaşdırılması.
Hətta 1 saat üzgüçülüklə məşğul olmaqla qanın tərkibi əhəmiyyətli dərəcədə dəyişir. Qırmızı qan hüceyrələrinin sayı və hemoglobinin səviyyəsi artır.

7. Oynaqlara faydası.
Su sizin oynaqlarınızı daha elastik edəcək. Üzgüçülüklə təkcə ağrıların qarşısının alınması kimi deyil, həmçinin ağrılar zamanı da məşqul olmaq olar. Sərin su ağrıları azaldacaq suyun hərəkəti isə masaj effekti verəcək.

8. Sərtləşdirmə.
Su prosedurlarının immunitetə müsbət təsiri hər kəs tərəfindən yaxşı bilinir. Suyun hovuzda orta temperaturu 28.5-29 dərəcə olduğu halda bəzən idman ilə məşqul olmayan insanlara su soyuq gələ bilər. Amma hovuzda suyun sərin olması təbii olaraq qəbul edilir.

9. Təkmilləşdirilmiş duruş.
Bir çoxlarımız günün çox hissəsini kompüterdə keçiririk. Və nəticədə onurğa sisteminə yük düşərək ciddi probleblər yaranır. Üzgüçülük onurğa əyriliyi, kifoz, osteoxondroz,skalioz və s. xəstəliklər üçün effektiv müalicədir. Kifoz xəstəliyinə qarşı isə arxası üstə “kroll” üzmə texnikası effektiv kömək edir.

10. Pis vərdişlərlə mübarizə.
Çoxlarımız bilirik ki üzgüçülüklə məşğul olduqdan sonra aclıq hissi yaranır. Bu zaman siz iradənizə qalib gəlməli və yüksək
kalorili qidalar qəbul etməməlisiz. Onu da qeyd edim ki, üzgüçülükdən sonra əhvalınız yaxşılaşacaq və heç bir şirniyyata və ya içkiyə ehtiyac olmayacaq.

11. Ağır gündən sonra istirahət.
Suyun səsi gərginliyi azaltmağa və problemlərdən yayınmağa kömək edir. Ağır iş günündən sonra dincələ bilmirsizsə və ya gecələr yatmaqda çətinlik çəkirsizsə axşamlar hovuza getməyiniz məsləhət görülür. Rahatlanmaq üçün bel üzərində “brass” üzmə texnikası ilə üzə bilərsiz.

12. Bütün ailə üçün əyləncə.
Üzgüçülük hər yaşda məşqul ola biləcəyiniz bir idman növüdür. Erkən yaşlarda uşaqlar hovuzda üzməkdən zövq alırlar. Yaşlılar üçün isə üzmək formada qalmağın ən təhlükəsiz yoludur. Elə isə bütün ailəniz ilə hovuza gedib,sağlamlığınızın haqqında fikirləşməyin yeri var !
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 357
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri