Qarın əzələləri üçün idman hərəkətləri

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 3 751
Səs ver:
(səs: 0)
Hər kəsdə qarın əzələləri mövcuddur. Lakin bəzilərində bu piy qatı altında gizləndiyindən elə də yaxşı görsənmir. Yaxşı olan hər bir şey isə diqqət və zəhmət tələb edir. Qarın əzələləri də həmçinin elə. Bu gün biz sizlərə qarın əzələlərinin məşqini təqdim edəcəyik. Məşqlər göstərilən yanaşmada və şəkildəki vəziyyətdə olmaqla iki gündən bir ediləcəkdir.

1. Ab Crunches.

Qarın əzələləri üçün idman hərəkətləri


Düz səth üzərində uzanın. Dizlərinizi bükərək əllərinizi başınızın arxasına gətirin. Lakin əllərinizi bir birinə birləşdirməyin. Başınızı dizinizə doğru yaxınlaşdıraraq çiyinlərinizi yerdən qalxızın. Yenidən başlanğıc vəziyyətə qayıdın və 3 yanaşma olmaqla 15-20 dəfə təkrar edin.

2. Seated Barbell Twist.



Çiyinləriniz üzərinə ştanqa yerləşdirib belinizi dik formada saxlayaraq skamyada əyləşin. Ayaqlarınızı isə hərəkət etdirmədən sağ və sol istiqamətə dönün. 2 yanaşma və hər yanaşmada 10-15 dəfə təkrar edin.

3. Oblique Rotation on Parallel Bars.



Dəzgahda düzgün mövqeyinizi tutaraq dirsəklər üzərində asılın. Dizlərinizi özünüzə tərəf yığın. Hərəkətin çətinliyini artırmaq üçün ayaqlarınızı yan istiqamətdə hərəkət etdirin. 2 yanaşma 10-15 dəfə təkrar edin.

4. Cable Crunch.



Tutacağı başınızın arxasına yerləşdirərək torsu maksimum darta biləcəyiniz qədər dartın. Çalışın dirsəklərinizlə dizinizə toxunasız. Bütün məşq zamanı ABS-də ( qarın əzələlərində ) daim gərginlik saxlayın. 3 yanaşma olmaqla 10-15 dəfə təkrar edin

5. Decline Reverse Crunch.



Arxası üstə skamya üzərində uzanın. Və şəkildəki vəziyyətdə olmaqla ayaqlarınızı saxlayın. Hərəkətləri 3 yanaşma və hər bir yanaşmada 10-15 dəfə təkrar edin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 751
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri