Qantellər ilə çiyin əzələni böyüt!

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 469
Səs ver:
(səs: 0)
Çiyin əzələləri ən gec inkişaf edən əzələ qruplarından biridir. Lakin davamlı məşq etsəz siz geniş və üçbucaq formalı kürəyə sahib ola bilərsiniz.

İlk öncə çiyin və qollarınızı isindirməyi və məşqə hazır etdirməyi unutmayın!

Bu məşq üçün sizə sadəcə 2 ədəd qantel lazım olacaq.

1. Bu hərəkət demək olar ki çiyin əzələlərinin genişlənməsinin təməlini qoyur . Qaldıra biləcəyiniz ölçüdə çəkiləri eyni olmaq şərti ilə 1 cüt qantel götürürsüz. 12 dəfə təkrar olaraq 3 yanaşma məşq edirsiz.

Qantellər ilə çiyin əzələni böyüt!


2. Hər bir əlinizə qantel alaraq dik bir şəkildə qarşıya baxıb sıra ilə sol və sağ qolunuzu dirsəklərinizi əymədən qaldırırsız. 12 dəfə təkrar 3 yanaşma edirsiz. Hər yanaşma arası 30 san. dincəlin.



3. Dizlərinizi bir qədər əyin. Çöməlmiş vəziyyətdə dayanaraq qantelləri yana doğru qaldırın. Təkrar başlanğıc vəziyyətə qayıdıb hərəkətləri təkrar edin. Bu hərəkətlər ilə siz hətta ev şəraitində belə çiyin əzlələrinin inkişaf etdirməyin elə də çətin olmadığını görəcəksiniz.



4. Hərəkəti hər qol üçün eyni sayda və eyni ağırlıqda qantel ilə etməyiniz ən önəmli şərtdir. Dirsəkləriniz çiyin yüksəkliyinə qədər gəldiyi anda başlanğıc vəziyyətə qayıda bilərsiniz.



5. Bu məşq ən sevilən və ən effektiv məşqlərdən biridir. İlk öncə düzgün vəziyyətdə durmaq çox önəmlidir. Dik bir şəkildə qarşıya doğru baxırsız və dizlərinizi çox az əyirsiz. Əlinizdəki qantelləri eyni anda yana doğru qaldırırsız. Dirsəklərinizi əymədən və şəkildə göstərilən yüksəkliyə qədər qaldırmağınız mütləqdir.



6. Çiyinlərinizin geniş və gözəl görünüşlü olmasını istəyirsinizsə trapez əzələlərini məşq etdirməlisiz. Bu əzələ boyun və çiyin arasında yerləşir. Əlinizə qantel alaraq dik bir şəkildə qarşıya doğru baxırsız və çiyinlərinizi yuxarıya doğru qaldırıb endirirsiz.



7. Yenə dik bir vəziyətdə dayanaraq qantelləri şəkildə gördüyünüz kimi aşağı doğru tutursuz və eyni anda ikisini birlikdə nəfəsinizi verərək sinənin üst hissesinə doğru qaldırırsız.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri