Yuxudan əvvəl ayaq incələşdirən 3 dəqiqəlik məşqlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 124
Səs ver:
(səs: 0)
Üst baldırı arıqladan məşq

Bu məşqi yuxudan oyanarkən və ya yuxudan əvvəl yatağınızda edə bilərsiz. Məşqi hər gün 3 dəqiqə ərzində etsəniz faydasını görəcəksiniz. Bəs, üst baldırı arıqladan məşqlər necə edilir?

Kürək üstü yatar mövqedə qollarınız yatağa dəyəcək şəkildə durun. Ayaqlarınızı 90 dərəcə bucaqla havaya qaldırın. Bu 90 dərəcə aspekti apararkən dizlərinizi əyməyin.

Ayaq barmaqlarınızı da kəskin bir şəkildə yuxarıya baxmasına çalışın. İndi növbə dizlərinizi bükün və yenidən əvvəlki halına geri gətirin. Balansınızı itirməməyə diqqət edin. Hər bir ayaq üçün 10 dəfə tətbiq edə bilərsiz. Hərəkəti doğru aparıb etmədiyinizi əzələləriniz yanıb yanmadığından başa düşəcəksiz. Dizlərinizi burma prosesini etmədən əvvəl 90 dərəcəlik bucaqla 5 saniyə qədər dik dayanmağa cəhd edin.

Bud altını necə arıqladaq?

Birinci hərəkət:

Budun artıq alt tərəfini 2 hərəkət ilə arıqlada bilərsiz

1-ci hərəketdə kürək üstü yatıb yenə əlləriniz yatağa dəyəcək şəkildə uzanırsınız. Daha sonra ayaqlarınızı 90 dərəcəlik bucaqla yuxarı qaldırırsnız lakin ilk məşqdən fərqli olaraq pəncələrinizi yuxarı doğru qaldırmağa ehtiyac yoxdur. Ayaqlarınız yerə basar kimi dayana bilərsiz. Mövqeyimizi saxlamaqla ayaqlarımızı bükmək prosesinə keçərək müvafiq şəkildə ayaqlarımızı bükürük və ayaq barmaqlarınızı bədəninizdə doğru olmasına diqqət edirik. Hər bir ayaq üçün 10 təkrar kifayətdir.

İkinci hərəkət:

İkinci hərəkətdə isə məşqlər bir qədər fərqli, bu halda bel üstə uzanıb qollarınızı yatağa salın. Daha sonra ayaqlarınızı qaldırın, dizlərinizi bir az əyməyə çalışın. Baldırlarınızı yüngül qaldıraraq ayaqlarınızla birlikdə 20 dəfə qaldırın və endirin. Budun da ayağınızla birlikdə qalxmasına diqqət edin ancaq ayağınız oynamamalı. Hərəkəti düzgün etdiyinizi baldırda yanma hiss edərək anlayacaqsınız.

Üst baldırın daxili hissəsi necə incəlir?

Kürək üstü yatmaq vasitəsilə ayaqlarınızı havaya qaldırın və sağ ayağınızı sol ayağınızın üstünə gətirin. 2 ayağınızın da kəskinləşməsi çox əhəmiyyətli. Ayaqlarınız üst öhdəsində dizlərinizi yanlara doğru açmağınız lazımdır. Açdıqdan sonra təkrar eyni mövqedə havaya qaldırın. Bu hərəkatda önəmli olan ayaqlarınızın gərgin olmasıdır. Sağ ayağınız üstündə 10 təkrar, sol ayağınız üstündə 10 təkrar edərək hərəkəti nizamlaya bilərsiz.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 124
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
kivircik
Her axsham yatmamishdan 1saat evvel velosiped sururem fikrimce en gozel idmandi)
12 sentyabr 2019 12:56
3
Online
diablo
Gərək mən də sinayim
12 sentyabr 2019 10:49
2
......
Offline
BARBI
Ayaq incelden mesqleri mende edirem.Effekt verir.Sadece ayaq cox gec incelir
12 sentyabr 2019 10:08
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri