Bu məsləhətləri oxumadan idmana başlamayın

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 821
Səs ver:
(səs: 0)
Mütləq müayinə olun

İdman etməyə başlamazdan əvvəl, sağlıq müayinələrinin keçirilməsi şərtdir. Nəzarətlər aparılmadan, həddindən artıq məcbur idman növlərin aparılması nəticəsində, tez-tez ürək rahatsızlığı ortaya çıxır.

Əvvəlcə isitmə hərəkəti edin

İdmana başlamazdan əvvəl yaxşıca isinmək, əzələ boynu uzatmaq şərtdir. Əks halda çox sıx olaraq lif atması deyilən əzələ yırtıqları ilə qarşılaşa bilərsiz.

Uyğun avadanlıq istifadə edin

Hər idman növünə uyğun avadanlıqlar istifadə edin və lazım olduğu təqdirdə onların parametrlərinə düzəliş etməyə laqeydlik etməyin. Velosipedə minirsinizsə boy əyarını, qaçırsınızsa və ya tennislə məşğul olursunuzsa uyğun ayaqqabı və raketka seçimi, xizək edirsinizsə, kaska istifadəsini, insana uyğun board və ya xizək dəstinin boy nisbətinin seçimini edin.

Ac qarnına idman etməyin!

İdman öncəsi kompleks karbohidrat deyilən, şəkərin qana yavaş qarışmasını təmin edən qidalar istehlak edin. Əks halda idman zamanı qan şəkəri düşür ki, bu da yaralanma riskini artırır.

İdman əsnasında mütləq su için

Dr. Mətin Uzun "İdman edənlərdə ümumiyyətlə, idman əsnasında alınan mayenin mədə şişkinliyinə yol açdığı, bunun da idmançı tutumu azaltdığı fikri olur. Ancaq elmi işlər tam əksini göstərir. Kifayət qədər maye istehlakı olmazsa, həm yaralanma riski artır, həm də idmançı tez gücdən düşür" deyir.

Zülal istehlak edin

İdman sonrası qidalanma üçün zülal tərkibli qidalar istehlak edin. Əks halda orqanizmin ehtiyacı olan zülal ehtiyacı, zülal anbarı olan əzələlərdən təmin olunur. Bu da əzələ gücünü artırmaq üçün idman edərkən, əzələ itkisinə yol açır.

Tempinizi yavaş-yavaş artırın

İdman etdikcə bədəndə ifraz olunan müxtəlif hormonlar sayəsində daha çox idman etmək istəyi ortaya çıxır. Bəzən də müxtəlif müsabiqələrə hazırlanma mərhələsində, hazırlıq müddəti qısa olduğu zaman sürətli yüklənmələr görmək olar. Halbuki bu tərz məşq yüklənmələri "stress sınığı deyilən yüklənmə sınığa yol açır. Bu səbəbdən tempinizi yavaş-yavaş artırın.

Ətraf mühit şəraitinə diqqət edin

Daha sağlam mühitdə keçirilən idman, insanların psixologiyasını müsbət istiqamətdə təsir edərək, məşq etməyin davamlılığını təmin edir. Uyğun sahələr olmadığı zaman -baxımsız və xırda zəminli hxalı meydançalar və ya beton əsasda edilməsi yaralanma ehtimalını artırdığından ətraf mühit şəraitinə diqqət edin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 821
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri