Onurğa sağlamlığı üçün boyun və çiyin məşqləri

Müəllif: my_angel
Şərhlər: 2
Baxılıb: 678
Səs ver:
(səs: 0)
Boyun məşqləri
- İlk əvvəl boynunuza sağ əlinizlə dəstək verərək sağ çiyninizə doğru əyərək 10 saniyə gözləyin və daha sonra bu prossesi sol əlinizin dəstəyi ilə boynunuzu sol çiyninizə əyərək reallaşdırın, 10 saniyə gözləyib dincəlin. Bu arada boyun əzələrinizdəki gərginliyi hiss edin.
- Əllərinizlə çənənizə tutaraq başınızı arxaya doğru itələyin və 10 saniyə gözləyin, daha sonra əllərinizi başınızın arxasına alaraq bu dəfə də ön tərəfə doğru itələyin.
- Başınızı sol əlinizin ovc içi ilə dəstəkləyib başınızı əlinizə doğru itin 5-ə qədər sayıb buraxın. Eyni hərəkəti sağ tərəf üçün təkrar edin.
- Başınızın arxasına əllərinizi birləşdirib ovuc içləri ilə başınızı qavrayaraq əllərinizə doğru itələyərək 5-ə qədər sayın. Eyni hərəkəti əllərinizi alnınıza qoyub başınızı önə itələyərək 5- qədər sayıb buraxın.

Çiyin məşqləri
- Güclənmək və elastikliyi artırmaq üçün ilk olaraq çiyinlərinizi dairəvi hərəkətlərlə önə doğru çevirin. Eyni prossesi çiyinlərə arxaya çevirin və hər iki hərəkətdən 10 dəfə təkrar edin.
- Çiyinlərinizi yuxarı doğru çəkin, çəkə bildiyiniz maksimal səviyyəyə gələndə 5-ə qədər sayıb sonra rahatlayın. 5 dəfə təkrar edin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 678
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri