Bundan sonra elə hey piyada gəzmək istəyəcəksiz

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1293
Səs ver:
(səs: 0)
Piyada gəzməyin mümkün faydalarını təqdim edirik:

Diyet saxlayanlar həkimin göstərişinə əsasən gündəlik yürüşə çıxmağı məcburiyyət kimi qəbul edirlər. Ancaq yürüş arıqlamaqdan başqa çox şeyə çarədir.
Həyatınızı gözəlləşdirmək üçün pul xərcləmədən gündə 30 dəqiqə gəzməyiniz kifayətdir. Hər gün 15-30 dəqiqə yürüşə çıxmaq yalnız xarici görünüşə deyil, ruhi sağlamlığa da təsir edir.

Pozitiv düşünmək: Piyada gəzmək, yüngül aerobik məşqlər Alzheimer riskini azaldar və zehin sağlamlığını da inkişaf etdirər. Zehnin yorulmasının qarşısını alar və endorfinləri qoruyar.

Özünəinamı artırar: Özgüvəni aşağı olanlar yürüşə çıxmaqla bu hisdən xilas ola bilər və cazibədarlıqlarının fərqinə vara bilərlər.

Qayğı və narahatlığı azaldar: Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır.

Yaddaşı gücləndirər: Piyada gəzmək beynin bir hissəsində hüceyrə meydana gəlməsini dəstəklər və bu bölgənin məsul olduğu öyrənmə qabiliyyətini inkişaf etdirərək yaddaşı gücləndirər.

Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər: Beyninizə yeni fikirlərin gəlməsini istəyirsinizsə, açıq havada 30 dəqiqə gəzin. Bu qısa müddətli yürüş yaradıcılığınıza əlavə dəstək verəcək. Eyni zamanda enerji səviyyəniz artacaq, daha məhsuldar olacaqsınız.

Asılılıqla mübarizədə köməkçi olar: Narkotik, spirt, siqaret, yemək və seks kimi vərdişlər beyindəki dopamin istehsalını artırar. Bu da adama "həzz" verər. Eyni həzzi yürüşə çıxmaqla da ala bilərsiniz. Çünki templi yürüş əsnasında beyində mükafat hormonu, yəni dopamin ifraz olunar.

Hüceyrə meydana gəlməsini dəstəklər: Templi yürüş yeni beyin hüceyrəsinin meydana gəlməsini dəstəkləyər və beynin performansını artırar.

Depressiyanı azaldar: Xüsusilə təbiət qoynunda gəzinti D vitaminini artırar. Bu da depresiv simptomların azalmasına kömək edər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri