Qışda hərəkətsiz qalmayın

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 2 997
Səs ver:
(səs: 0)
Qış Proqramı
1- Düşüncələrini dəyişdir.
Qış yalnız soyuq havadan ibarət deyil, onu qarşısında uzanan yeni bir mövsüm olaraq qəbul et. Bütün qışı oturaraq keçirməmək üçün, önündəki bir neçə ayın planını hazırlayıb, məqsədlərini gözdən keçirə bilərsən. Bu düşüncə tərzindən ilham alaraq qış haqqındakı fikirlərini dəyişdirə bilərsən.
2-Çölə çıx və oyun oyna.
Əgər ilin bu zamanlarında məşq etmək üçün enerji yığa bilmirsənsə, bunun yerinə oyun oynamağı sına. İçəridə və ya çöldə oyun oynayaraq bir çox kalori yaxa bilərsən. Həm məşq edirmiş kimi hiss etməzsən, həm də ürək atışların artdığı üçün əslində mükəmməl bir cardio məşqi etmiş olarsan.
3-Bir qış idmanı et.
Niyə yeni bir qış idmanı sınamırsan? Xizək və snowboard kimi, daha çox kalori yandırmağını təmin edə biləcək bir çox variant vardır. Bunlardan birini qışlıq məşq planına daxil edə bilərsən.
4-Evdəykən yaradıcı ol.
Çöldə hava çox soyuq olduğunda idman salonuna getmək çətin ola bilər. Ancaq qarlı havalar, gündəlik məşqini etməyinə mane olmamalı. Evindəki isti və rahat mühitdə də işləyə bilərsən. Bunun üçün yeni bir məşq CDi və ya bir neçə idman dəsti ala bilər, hətta yalnız öz bədən ağırlığınla belə məşq edə bilərsən. Evdə məşq etmək, həm uyğun həm də əyləncəli bir həlldir. İdman salonundakı xarici mühitdənsə evdə öz mühitində işləmək, mikroba tutulma ehtimalın daha aşağı olduğundan sənin üçün daha sağlam bir seçim belə ola bilər.  
5 - Yenii şeylər sına.
Yeni bir məşq sinifinə qeyd etdir, ya da evdə yeni fəaliyyətlər sına; soyuq ayları da mütləq hərəkətli bir şəkildə keçir. Yeni şeylər sınamaq motivasiyasını artıra bilər. Voleybol və tennis kimi bağlı sahələrdə də edə biləcəyin idmanlar, qışda aktiv qalmağın üçün möcüzə həllər olacaq.
6 - Heyecanı tut.  Qış mövsümünü sevirsənsə, ilin bu zamanlarında təşkil edilən fitness kimi kurs və fəaliyyətləri qiymətləndir. Ləzzətli qış yeməkləri də işə yaraya bilər: Bir fincan şəkərsiz isti kakao, portağal, şabalıd kimi bir çox ləzzəti seçim edə bilərsən.

/Mənbə: Qadınlar.biz/
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri