Pilates haqqında doğru bildiyimiz yalnışlar

Müəllif: Narın Yağış
Şərhlər: 3
Baxılıb: 3 708
Səs ver:
(səs: 0)
Türkiyədə Ebru Şallı ilə gündəmə gələn pilates məşqləri haqqında əslində çox şey bilmirik. Yalnız gördüyümüzü etməyə çalışırıq. Əslində pilates məşqini edərkən diqqətli olmalı və "Necə istəsəm, elə edərəm" düşüncəsindən uzaq olmalıyıq. Pilates nə qədər asan və əyləncəli görünsə də əslində onurğaya zərərli ola biləcək təhlükəli hərəkətlərə də malikdir. Doğru edilməyən pilates məşqiylə bir çox adamda şikəstlik meydana gəlmişdir. Bu yazımızda sizə pilates haqqında doğru bildiyiniz səhvlərdən, mütəxəssis rəyindən bəhs edəcəyik.

Fizioterapevt Hülya Özlem Şener səhv edilən pilates məşqinin onurğa qırıqları, çatlar və təzyiq kimi bir çox problemlərə səbəb olduğunu deyib. Onun sözlərinə görə, televiziya proqramlarında pilates edən məşhurları görən ev xanımları proqramı izlədiyi zaman pilates məşqi etməyə başlayır. Ancaq əsla belə olmamalıdır. Pilates edəcək adam ilk əvvəl fizioterapevt müayinəsindən keçməlidir.

Hülya Özlem Şener pilates məşqi etmənin faydalarını bu şəkildə qeyd edib:

- Pilates edən adam bədənində fərqlilik hiss edir. Özünü tanımağa başlayır.
- Qaməti düzəlir və əzələ ağrıları azalır.
- Sümük sistemini qoruyur.
- Tarazlıq məşqi olduğu üçün bütün oynaqları və bədən əzələlərini işlədir.
- Yorğunluğa yaxşı gəlir.
- Əzələləri qüvvətləndirir.
Hər gün məşq edilə bilər, ancaq həftədə 2 və ya 3 dəfə etmək də kifayətdir.

Pilates məşqi arıqladır: İstədiyinizi yeyərək yalnız pilates etmək heç kimi arıqlatmaz. Pilates əzələləri işlədir və onları daha möhkəm hala gətirərək formada olmanıza köməkçi olur.

Pilatesi lazım olduğunda etmək kifayətdir: pilates məşqi edib və bir neçə gündən sonra etməmək doğru deyil. Çünki əzələlər işləmədikcə köhnə halına geri dönər. Arada bir edib-etməmək doğru deyil.

Hər kəs pilates edə bilər:
pilatesi hər kəs istədiyi anda etməməlidir. Çünki belində və ya başqa bir yerində olan narahatlığın daha da artmasına səbəb ola bilər. Pilates etmək istəyən şəxs həkimin icazəsindən sonra məşqə başlamalıdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 708
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri