“İdmana vaxtım yoxdur‟ deyənlər bu yazını oxusun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 855
Səs ver:
(səs: 0)
Həyatınızı öz axışına buraxıb özünüzə vaxt ayırmırsız. Boyun, kürək, bel ağrılarından şikayət edirsiz, ancaq hələ də idman etməyə vaxtım yoxdur deyirsiz.  Ancaq bilməlisiz ki, idmana getmədən belə evdə edəcəyiniz sadə idman hərəkətləri ilə bədəninizi güclü saxlaya bilərsiniz.
 
Boyun hərəkətləri
Oturacaqda oturub boynunuzu yavaşca sağa döndərib 3 saniyə belə durun. Sonra eyni hərəkəti sol tərəf üçün təkarlayın. Ən az 5 dəfə edin.
 
Əyləşmiş şəkildə başınızı çənəniz azca sinənizə dəyəcək şəkildə əyməyə çalışın. Dincəlin. Sonra başınızı yavaşca arxaya uzadın və dincəlin. Bu hərəkəti də ən az 5 dəfə təkrarlayın.
 
Oturmuş halda başınızı qulağınız çiyninizə dəyəcəkmiş kimi sağ və sola doğru əyin. Ən az 5 dəfə təkrarlayın.
 
Çiyin hərəkətləri
Ayaq üstə, ya oturmuş halda qollarınızı öndən baş istiqamətində yuxarıya doğru qaldırın, sonra aşağı salın.
Sonra eyni şəkildə qollarınızı yandan yarım dairə çəkər kimi başınızın üstünə qaldırın və endirin.
 
Bel və qarın hərəkətləri
Arxası üstə dizlərinizi bükülü, ayaq dabanları yerdə və qollar yanınızda uzanın. Bir əlinizi belinizin altına qoyub digər əlinizlə o biri əlinizi sıxın. 5 saniyə gözləyin.
 
Əllərinizi dizlərinizə doğru uzadaraq başınızı və kürək sümüklərinizi yerdən qaldırın. 5 saniyə belə vəziyyətdə qalın.
 
Kürək hərəkətləri
Qarnınızın altına nazik bir yastıq yerləşdirərək qollar yanlarda üzüstə yatın. Başınızı, çiyninizi, qollarınızı yuxarıya doğru qaldıraraq 5 saniyə bu vəziyyətdə qalın.
 
Omba və diz hərəkətləri
Bir ayağınızın topuğunu sürüyərək omba və dizinizi bükün, sonra uzadın. Eyni hərəkəti o biri ayağınızla da təkrar edin. Sonra ayağınızın topuğunu sürüyərək ayağınızı yana doğru açıb bağlayın. Hər iki ayaqda da bu hərəkəti təkrar edin.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 855
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri