Gündəlik idmanın 4 qızıl hərəkəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 865
Səs ver:
(səs: 2)
Səhərlər yataqdan qalxdığınızda özünüzü köhnəlmiş robot kimi hiss edirsizsə, günah əzələ toxumalarınızdadır.

Bunlar əzələ, sümük, orqanlarınızı əhatə edən toxumaların ağrılarıdır. Sağlam əzələ toxumaları üçün idman etməlisiz. Gündəik idmana bu 4 hərəkəti daxil etsəniz, özünüzü daha gümrah hiss edərsiz.

Sinə, çiyin ağrılarına qarşı
Bir ədəd tenis topu götürün. Sinənizin orta qisminə yerləşdirin və divara söykəyin. Topu sinənizlə aşağı, yuxarı, sağa-sola doğru hərəkət elətdirin. Kompüter və sükan arxasında oturanlar üçün çox faydalıdır.

Ayaq ağrıları üçün
Sağ tərəfə doğru əyiləcək şəkildə rahat oturun. Sol ayağınızı geriyə doğru uzadaraq ağırlığınızın çoxunun sağ ombaya düşməsinə çalışın. Sağ ayağınızın altına iki ədəd tenis topu qoyun. Ayağınızı topların üzərində irəli-geri hərəkət elətdirin. Diz, bud ağrılarınız azalacaq.

Kürək masajının ən tənbəl yolu
Arxası üstə uzanın və iki tenis topunu eninə olaraq yan-yana belinizin arxasına yerləşdirin. Sinədən dərin nəfəs alıb, qabırğalarınızı sıxaraq havanı bayıra buraxın və altınızdakı toplara təzyiq edin. 5 dəfə bunu təkrarlayın. Kürəyinizin üst qismindəki ağrılarınızı azaldacaq.

Qaçan, tullanan, yeriyən hər kəs bunu etsin
Yerə oturun. Belinizin altına uzun pilates yastığı qoyub ayaqlarınızı yuxarı qaldırın və yastığın üzərində irəli-geri hərəkət edin.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 865
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri