Qaçış xeyirlidir, yoxsa ziyanlı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 402
Səs ver:
(səs: 0)
Düzgün qida, düzgün rejim canın sağlamlığı və ömürün uzun olması deməkdi. Bunu artıq alimlər sübut ediblər.
Səhər saat 6-7 də yuxudan qalxmaq, 1 saat qaçmaq, duş qəbul etmək sizin gün boyu enerjili qalmağınıza səbəb olacaq.
Sağlamlığı təhlükə altında qoyan ən böyük təhlükələrdən biri də hərəkətsizlikdir. Halbuki qaçmaq orqanizmi bir çox xəstəliklərdən qoruyur. Qaçmaq qan dövranını artırır, həmçinin ürək-damar xəstəliklərinə tutulma ehtimalını azaldır.

Öncə qaçmağa dair məsləhətlərlə tanış olun:
1. Açıq havada qaçacaqsınızsa, daha çox səhər və ya axşam saatlarına üstünlük verin.
2. Hava şəraiti qaçış üçün əlverişli deyilsə, qaçış zolaqlarından istifadə edin.
3. Qaçış üçün sakit və səssiz yerlərə üstünlük verin.
4. Çox isti və ya çox soyuq havalarda qaçmayın.
5. Şəkər, hipertoniya və s. kimi sistematik xəstəliyi olanlar həmişə həkim nəzarətində olmalıdırlar.
6. Geyiminiz rahat olmalıdır.
7. Yaşınız 40-dan çoxdursa, əvvəlcə, həkim müayinəsindən keçin.
8. Yeməkdən ən azı 2 saat sonra qaçın.
9. Rütubətli havalarda qaçmayın.
10. Qaçışa aşağı sürətlə başlayın və aşağı sürətlə bitirin.
11.Qaçış üçün pambıq paltarlara üstünlük verin.
12. Qaçışa başlamazdan əvvəl 2 stəkan su için. Sonra hər 20 dəqiqdən bir 1 stəkan su içə bilərsiniz.
13. Altı nazik olan ayaqqabılarla qaçmayın.

Qaçmağın xeyirləri:
1. Qaçış qan dövranını artırır, ürək-damar xəstəliklərinin ehtimalını azaldır.
2. Ürək əzələsi də daxil olmaqla, bütün əzələləri möhkəmləndirir.
3. Qan təzyiqini nizamlayır.
4. Köklük ehtimalını azaldır.
5. Bağırsaqların fəaliyyətini nizamlayır, həzmi asanlaşdırır.
6. Beynə gedən oksigen miqdarını artırır.
7. Maddələr mübadiləsini artırır.
8. Xolestrolu nizamlayır.
9. Oynaq və əzələlərin elastikliyini artırır, bel və boyun ağrılarını azaldır.
10. Sümükləri möhkəmləndirir.
11. Yorğunluq hissinin qarşısını alır.
12. Müqaviməti artırır.
13. Yuxusuzluğu aradan qaldırır.
14. Qan yağlarının (triqlisederlərin) miqdarını aşağı salır.
15. Ağciyərlərin fəaliyyətini artırır.
16. Stresi aradan qaldırır.
17. Hüceyrələrin çoxalmasına kömək edir.
18. Xoşbəxtlik hormonu kimi də tanınan endorfini artırır.

Bu qədər sağlamlığın, enerjinin önündə bir sual yaranır: Qaçışa başlayan insan daim qaçaçaq, yoxsa 2-3 aydan, ya 3-4 ildən sonra bundan ömürlük əl dayandıracaq ? Problemlər də ordan başlayacaq.
Məşhur yapon alimi Kadsudzo Nişi faktlarla sübut edib ki, insana bu qədər xeyirli olan qaçış, dayandırıldıqda ona zərbə vura bilər. Sürətli qaçış zamanı ürək tez-tez döyünür. Qaçış vərdişindən əl çəkdikdə isə ürək əzələsi boşalır və diafraqmaya su yığılmağa başlayır. Bu da illərlə sağlam yaşamaq uğrunda apardığın mübarizənin üstündən xətt çəkir. Mütəxəssislər məsləhət görürlər ki, bu problemlə qarşılaşmamaq üçün sürətli qaçışı sürətli yürüşlə əvəzləmək lazımdı.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 402
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri