Hansı yeməkdən sonra hansı idmanı etməli? - SİYAHI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 7 265
Səs ver:
(səs: 2)
Yediyiniz 1 dilim paxlava üçün 1.5 saat heç durmadan rəqs etməli, içdiyiniz 1 fincan südlü qəhvə üçünsə 3-3.5 saat ayaq üstə qab yumalısınız. Formada qalmaq istəyir, ancaq hamburger, pizza, kabab, bir dilim şokolada "yox” deyə bilmirsiz?

Yediyiniz yeməklərin yağa dönüşməsini hərəkət etməklə əngəlləmək mümkündür.

Çox insanlar formada qalmaq üçün pəhrizi həyatlarının bir parçası ediblər. Bəs arada gizli-gizli qadağan olunmuş qidaları yeyənlər bu yağlarını əritmək üçün nə etməlidir?

180 qramlıq pizza 330 kaloridir. O kalorini yandırmaq üçün təxminən 1 saat üzmək lazımdır. Bu, 324 kalori yandırmanıza kömək edəcək

Təxminən 110 qramlıq bir ədəd hamburger 240 kaloridir. Bu kalorini əritmək üçün templi şəkildə 2 saat gəzmək lazımdır.
70 qramlıq bir dilim şokoladlı tort 275 kalori təşkil edir. Bu kalorini yandırmaq üçün 2 saat yarım ev işi görmək lazımdır.

Paxlava yesəniz, rəqs edin. 40 qramlıq bir paxlava 240 kaloridir. Onu yandıra bilmək üçün heç durmadan bir saat yarım rəqs edin.

Yayda çox içilən meyvə sularına da diqqət edin. 1 qutu vişnə suyu 178 kaloridir, onu yandırmaq üçün 5 saat durmadan nərdivan qalxıb çıxmalısız.

1 fincan yağlı qəhvə ilə südlü qəhvə içdinizsə, 150-160 kalori almısız. 3-3.5 saat qab yumalısız.

300 qramlıq bir pors kabab 580 qramlıq kalori deməkdir. 2 saaat velosiped sürmək lazımdır.

140 qramlıq 1 pors kökə yemək 305 kalori deməkdir. Bu kalorini əritmək üçn 1 saat yarım aerobik idman edin.

1 ədəd lahmacun yeməniz 160 kaloriyə bərabərdir. Bunu yandırmaq üçün 30-45 dəqiqə basketbol oynamalısız

Kolbasalı yumurta yediniz? Deməli, 363 kalori almısınız. Yağları əritmək üçün 1.5-2 saat xizək sürməlisiniz.

200 qramlıq bir pors pomidor souslu makaron yemisizsə, 286 kalori almış olursuz. 2 saat yarm aktiv şəkildə ev təmizliyi etməlisiz.

1 pors kremli qızardılmış toyuqlu makaronun 545 kalori olduğunu bilirsizmi? Bunu  yedikdən sonra 60 dəqiqə qaçmaq lazımdır.

Ketçup və mayonezə batırdığınız kartof qızartması yesəniz, 558 kalori almış olursuz. Bu kalorini yandırmaq üçün 1 saat yarım qayıqda kürək çəkməlisiz.

1 pors kərə yağlı krevetka 267 kalori anlamına gəlir. 1 saat boyunca sürətli  qaçmalısız.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 7 265
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri