Öz idman növünü necə seçməli?

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 1283
Paylaş:
Səs ver:
(səs: 3)
İdman bizə yaxşı görünməyə, lazımi fiziki formada qalmağımıza, enerji almağımıza, depressiya və stresdən azad olmağımıza kömək edir. Həftədə idmana bir neçə saat ayıran şəxs həmişə gümrah və yaxşı əhval-ruhiyyədə olur.

Çox sayda idman növü var, ancaq hansını seçmək lazımdır? Axı, bu və ya digər idman növünü seçərkən fərdi yanaşmaya söykənərək müxtəlif faktorları nəzərə almaq lazımdır. Əks halda, idmanla məşğul olmaq zövq və gözlənilən nəticəni verməyəcək.

Xarakter tipi, temperament

Melanxolik və fleqmatiklərə, yəni tarazlı, sakit, tələsməyən şəxslərə böyük sürət və çox fiziki yük tələb etməyən idman növləri uyğun gəlir. Həmin iman növləri şahmat, bilyard, bal rəqsləri və velosipeddir.

Temperametrli şəxslərə, daha dəqiq desək, xoleriklərə müxtəlif döyüş növləri uyğun gəlir.

Sanqviniklərsə futbol, voleybol, basketbol və hokkeylə məşğul olsalar daha yaxşıdır.

Idmanla məşğul olmağın məqsədi nədir?

Təbii ki, idmanla məşğul olmağın əsas məqsədi sağlamlığın möhkəmləndirilməsindən ibarətdir. Ancaq konkret məqsədlər də var. Məsələn, hansı əzələlərinizi möhkəmləndirməyi istəməyinizdən asılı olaraq idman növünü seçmək vacibdir.

İdmanla məşğul olmaq yeni tanışlığın və dostların əldə edilməsinə kömək edə bilər. Bunun üçün komanda ilə oynanılan idman növünü seçmək lazımdır. Əgər məqsəd idmanla məşğul olmaqdan ibarətdirsə, o zaman Şərq əlbəyaxa döyüş növünü, yoqanı seçmək məsləhətdir. Rəqslə məşğul olmaq ritm hissini, gimnastika və yüngül atletika ilə məşğul olmaqsa, çevikliyi, tarazlığı artırır.

İdman növünün rahatlığı, maraqlı olması

Seçdiyimiz idman növü sizi əldən salmamalıdır. Əksinə, idman həzz verməli, gumrahlıq gətirməli, əhval-ruhiyyəni artırmalıdır. Buna görə də, ürəyinizcə olan idman növü ilə məşğul olun.

Fiziki hazırlığın səviyyəsi, ümumi özünühissetmə, sağlamlığın vəziyyəti

Zəif fiziki hazırlığınız varsa, ağır məşğələləri yerinə yetirməyi tələb edən idman növündən uzaq dayanın. Belə idman növləri yeniyetmələrə və yaşlı adamlara münasib deyil. Amma qaçış, üzgüçülük, gündəlik gimnastika hamıya məsləhətdir.

Gündəlik həyatın təşkili və olnun əlamətləri

Gün ərzində 3 saat və ya həftədə bir neçə saat məşqə vaxt ayırmağa hazırsınızmı? Xüsusilə də yatmaq rejiminə əməl edə biləcəksinizmi? Bu və ya digər idman növünü seçən zaman bu faktorları nəzərdən qaçırmayın.

"Öz” idman növünü seçərkən unutmayın ki, gözlənilən nəticəni yalnız daimi məşqlər və müsbət köklənmə sayəsində əldə etmək mümkün olacaq. Sizə möhkəm cansağlığı və idmanla məşğul olmaqdan yalnız müsbət emosiyalar almağı arzulayırıq.

loading...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 1283
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
idman ederken insan coox yaxsi ozunu hiss edir esl adrenalindi cox sevirem idmanla mesqul olmaqi
15 mart 2015 14:25
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
emis
men nece gundu idmana baslamisam ta edecem saglamliqdi idman tesekkurler
15 mart 2015 13:04
8
Offline
ece uslu
idmanla heç aram yoxdu
15 mart 2015 12:18
7
Offline
Tomris Müslümova
yo eslinde elemek lazimdi...
15 mart 2015 11:55
6

Sən sadəcə mənimsən...!
Offline
qanadli melek
idmani ne sevmirem ne etmirem hec edede bilmirem
15 mart 2015 11:45
5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
FISTIK
Xeber ucun tesekkur....idmanla məşğul olmagi xosluyuram hefdede uc defe vaxdimi idmana ayiram.
15 mart 2015 11:16
4
Offline
Fialka
Əlbətdə idman etmək orqanizm üçün çox faydalıdır ancaq mütamadi olunmalıdır yarıda kəsiləndə fəsadlar ola bilər, mən əvvəl plateslə məşğul idim indi azalıb hərdən edirəm bəzi səbəblərə görə..
15 mart 2015 10:25
3
Offline
aziz a
Bagcada her seher usaqlarla birlikde edirem, zarafatsiz deyireme, hem usaqlarin seher idmanini etdirirem hemde ozum edirem, cucelerimde cox sevirler idman etmeyi, sevinirler.....sirinlerim menim......
15 mart 2015 09:07
2
Rebbim kömek olsun cümlemize Amin
Offline
BARBI
Men umumiyetle idman ne sevmirem ne deki eden deyilem yalniz iple tullanmani edirem
15 mart 2015 08:04
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv