5 dəqiqəlik idman ömrü 3 il uzadır

Müəllif: NoName
Şərhlər: 9
Baxılıb: 1646
Paylaş:
Səs ver:
(səs: 3)
Sağlam olmaq, gənc qalmaq və uzun ömür sürmək hər kəsin arzusudur.   Bütün bunlara idmansız nail olmaq mümkünsüzdür. Ancaq vaxtın az olması, gündəlik problemlər və yorğunluq səbəbilə bir çox insan idmandan imtina edir. Əlbəttə, gündə 30-45 dəqiqəni idmana ayırmaq elə də asan deyil. Ancaq son aparılan araşdırmalar bu sahədə inqilaba səbəb oldu. Yeni araşdırmalar göstərdi ki, hətta 1 dəqiqə idman belə öz faydasını verir. Tədqiqatlar qısa və təsirli məşqlərin sağlamlıq üçün çox yararlı olduğunu göstərir.   İdmana saatlar xərcləmək məcburiyyətində deyilsiniz. Artıq "vaxtım yoxdur” bəhanəsi köməyinizə gəlməyəcək. Gündə sadəcə 7-10 dəqiqəlik məşqlərlə həyatınızı dəyişdirə bilərsiniz.   Ötən ilin may ayında elm aləmi sübut etdi ki, gündə 3 dəfə təkrarlanan və 8 dəqiqəni (1 dəqiqə asta, 6 dəqiqə sürətli və yenidən 1 dəqiqə yavaş sürətlə)  keçməyən qaçış 30 dəqiqə dayanmadan qaçmaqdan daha təsirlidir. Xüsusilə də, şəkər xəstələri bu məşqi etdikdə onların insulin səviyyəsi tənzimlənir.   Yenə ötən ilin iyul ayında daha təəccüblü bir həqiqət ortaya çıxdı. Dünyanın ən nüfuzlu tibb jurnallarından olan "The Journal of the American College of Cardiology”da yer alan məqalədə idmanın müddətinin önəmli olmadığı qeyd edilib.   Belə ki, 55 min insanın iştirak etdiyi araşdırma 5-10 dəqiqəlik yüngül qaçışın ömrü uzatdığını ortaya çıxarıb. Gündə sadəcə 5 dəqiqə qaçanlar heç vaxt idman etməyənlərlə müqayisədə 3 il daha çox yaşayırlar. Belə qısa müddətli idman beyin və yaddaşa da müsbət təsir edir. Qısa müddətli məşqlər ruhi sağlamlığın da təməlini təşkil edir. İnsanın özünə güvəni artır və daha sağlam həyata addım atdığını düşünən şəxs özünü xoşbəxt hiss etməyə başlayır.   Mütəxəssislər bildirirlər ki, mütəmadi olaraq hər gün edilən idman antidepresant və antistress effekti verir. Belə idman dərinin yaşlanmasının da qarşısını alır.   7 dəqiqə məşqi   "The New York Times”ın məşhur 7 dəqiqə məşqi gün keçdikcə öz populyarlığını artırır. Bu məşqi evdə etmək olur və heç bir alət tələb edilmir. Yalnız bədən ağırlığından istifadə edilir. Bu məşq bədənin bütün əzələlərini hərəkətə gətirir. Cəmi 12 hərəkətdən ibarətdir və 7 dəqiqəyə tamamlanır. Hər bir hərəkəti 30 saniyə edib, 10 saniyə istirahət etmək lazımdır. Həftədə 3 dəfə təkrarlamaq tövsiyə edilir.

loading...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 1646
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Luna-90
5 deqe 3 ildise men her gun gedirem idmana 2saat mesgul oluram bu nece il uzatmaq oldu???
23 mart 2015 01:28
9
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
FISTIK
Məşqul oluram...
22 mart 2015 22:36
8
Offline
vipbetul
idman adrinalindir idmandan sora insan ozunu cox yaxi hiss edir
22 mart 2015 19:51
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Catwoman666
Men idmani cox sevirem ve hemise idman edirem)
22 mart 2015 11:52
6
Viking
Offline
my_angel
İdman etmek,sağlamlığın temelini qoymaqdır.Her seher 5 deqiqemizi idman üćün ayırsaq ,yaxşı olar.Sağolun 20
22 mart 2015 11:47
5
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
Nezka
İdmanla yayda məşğul oluram qaçış,üzmək və s.
22 mart 2015 11:35
4
İçimi görsən mənə aptek alarsan.
Offline
Fialka
İdmanı səhər tezdən etmək daha yaxşıdı günə gümrah şəkildə başlayırsan..
22 mart 2015 10:50
3
Offline
BARBI
Idmanla hec aram yoxdur menimcun idman ev isleri ve piyada gezintidir bele ayrica idman etmirem
22 mart 2015 10:20
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
emis
idman cox lazimlidi men her seher edirem hem de yungullesdirir idman seher axsam 5 deyqe elesek bes eder saglmaliq ucun
22 mart 2015 09:42
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv