Qarnı əridən ən yaxşı hərəkətlər - fotolar

Müəllif: tek umidim sen
Şərhlər: 10
Baxılıb: 9 799
Səs ver:
(səs: 8)
Qarın nahiyəsində olan piylən ən çətin əriyən piylərdir. İllərlə pəhriz saxlasanız da, idman etmədən onlardan xilas olmaq mümkün deyil!

Bəs qarındakı piyləri daha tez əritmək üçün nə etməli? Xəyalınızdakı ideal qadın siluetinə qovuşmaq üçün qarın əzələlərini hərəkət etdirən məşqlər etmək lazımdır.

Qarın piylərindən sürətlə xilas olunmasını təmin edəcək 3 sadə hərəkət var. Hər hansı bir idman alətinə ehtiyac duymadan edəcəyiniz bu sadə hərəkətlər dümdüz qarına sahib olmağınıza kömək edəcək. Ancaq lap yaxşı nəticə almaq üçün bu hərəkətləri həftədə ən az 3 dəfə təkrar etməlisiniz. Düzgün və sağlam qidalanmanı isə unutmaq olmaz!

Velosiped hərəkəti
Bel üstü uzanın, əllərinizi başınızın arxasında birləşdirin. Çiyinlərinizi yüngülcə yerdən qaldıraraq sağ ayağınızı özünüzə doğru çəkərkən sol dirsəyinizi dizinizə toxundurun. Sol ayağınızı özünüzə doğru çəkərkən sağ dirsəyinizin dizinizə dəyməsinə çalışın. Hərəkəti edərkən rahat nəfəs alıb verin və 30 saniyə ərzində təkrar edin.

Qayçı hərəkəti
Bel üstü uzanın və əllərinizi yanlara qoyun. Çiyinlərinizi hərəkət etdirmədən ayaqlarınızı düz bir şəkildə xəfifcə yerdən qaldırın. Ayaqlarınızı sanki bir qayçı kimi növbəli hərəkətlərlə havaya qaldırın və endirin. Hərəkəti 30 saniyə ərzində təkrar edin.

Hərəkətli jim
Jim mövqeyi alın. Bir əlinizdən güc alıb bədəninizi sıxaraq yuxarı doğru qalxın. Sonra digər əlinizdən güc alıb hərəkəti təkrar edin. Yeni mövqeyə keçdikdə bir müddət gözlədikdən sonra təkrar qolunuza güc verərək hərəkəti 30 saniyə ərzində təkrar edin.
(səs: 8)
Şərhlər: 10
Baxılıb: 9 799
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri