Transformal nəfəs nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 342
Səs ver:
(səs: 3)
Uzun zamandır Sizə "transformal nəfəs nədir, nə işə yaryır?" sualına cavab olan bir yazı yazmağı düşünürdüm, nəhayət bu gün qərara aldım ki, bu yazını təqdim etmək zamanıdır. İndi sizi də marağında olduğunuz bu nəfəs növünə dəvət edirəm. Kim bilir bəlkə də, bu çağırış sizin üçündür.
 
Nəfəs müalicəsi nədir, necə öyrənilir?
 
Nəfəs yaşamaq enerjisidir. Nəfəs, daha yaxşı sağlamlıq, daha yaxşı zehn və bizə aid olanı tapmaqla bağlıdır. Nəfəs, digər mənəvi texnikaların alternativi deyil. Əksinə, nəfəsə başladıqdan sonra, digər texnikaların təsirini daha çox hiss edərsiniz.  Bir adamın doğru nəfəs almağı öyrənməsi üçün minimum 5-6 seans almasını təklif edirik. Bir həftə davam edən sıx nəfəs proqramlarına qoşulanlar isə, evdə tək başına nəfəs ala biləcək hala gələ bilir.
 
Nəfəs müalicəsinin insana faydaları nələr olur? Nəfəsi öyrənən birinin gündəlik və ruhi həyatında nə kimi dəyişikliklər yaranır? Nəfəs, fiziki olaraq daha yaxşı sağlamlıq mənasını verir. Bədəndəki toksinlərin yüzdə 70-i nəfəs yolu ilə çölə atılır. Doğru nəfəs sayəsində, bədəndə gəzən qanın tərkibindəki oksigen nisbəti artır. Və beləcə oksigendən zəngin hüceyrələr 40 ayrı anaerob mikrobun bədənə girişini əngəlləmiş olur. Astma, migren, yüksək təzyiq, ürək, yuxusuzluq, allergiya, böyrək və xərçəng narahatlıqlarında nəfəsin möcüzəvi təsirini görə bilərsiniz.
 
Bu şəkildə fiziki və emosional təmizlənmə reallaşdıqca, özümüzlə əlaqəyə keçmə halı asanlaşır. Yaxşı, bu necə olur? Özümüzü göy, boz və ağ buludlar ilə keçmiş travma və neqativlər olaraq qəbul etsək; bir-biri ilə əlaqəli diafraqma nəfəsi alındığında bədəndəki həyat enerjisi aktiv edilir. Bir dəfə yüksək tezlikli həyat enerjisi yaradıldıqda, bədəndəki alçaq tezlikli enerjiləri (zədələr) də özünə doğru çəkir. Bu çəkiliş sayəsində boz və ağ buludlar kənara çəkilir, gömgöy səma, yəni özümüzü görə bilmə halına gələrik. Bax, o zamandan etibarən "Həyat məqsədimiz nədir? Bizi ən çox nələr xoşbəxt edir?" kimi sualların cavabı özbaşına gələcəkdir. Məsələn, diqqət mərkəzində 10 fərqli iş varsa, bu 10 fərqli işdən bizə aid olmayan beşi özbaşına həyatımızdan çıxacaq. Çünki bu beş iş, anamız söylədiyi üçün ya da digərləri də edir deyə etdiklərimizdir. Bizə aid olanı seçdiyimizdə həyat daha asanlaşacaq, xoşbəxt olmanın yolu görünəcəkdir.
 
Transformal nəfəs nədir? Kimlərə təklif edilir?
 
Transformal nəfəs, bədən, ruh və zehinin inteqrasiya edəcəyiniz dünyadakı ən güclü təmizlənmə texnikalarından biridir. Fiziki olaraq transformal nəfəs, məhdud nəfəs vərdişlərini açıb təmizləyir, daha yaxşı sağlamlıq, daha çox enerji, tarazlıq, güc, immunitet təmin edir. Romantik və zehni olaraq stressi həll edir. Əsəb, qorxu, narahatlıq, günahkarlıq və kədər kimi duyğuların yox olduğu müşahidə edilir. Ruhi səviyyədə isə transformal nəfəs, bizi şüurun daha yüksək səviyyələrinəilə əlaqələndirir və daha çox sevgi, sevinc və "özünü yaxşı hiss etmə" -ni təşkil edir.
 
Hər kəsə bu nəfəs təklif edilir. Xüsusilə, uşaqları olan ana və atalara. Çünki ana və atalardakı dəyişmə bütün ailəyə sirayət edə bilir. Həqiqi güc, bir şeyləri daha yaxşı etmək və bacarmaq, ya da çox qüvvətli olmaqla əlaqədar deyil. Əsl güc, lazım olduqda sevdiklərinizə "xeyr" deyə bilmək, xoş olmayan davranışlardan vaz keçə bilmək, hər kəsə bərabər davrana, bizə edilməsini istəmədiklərimizi başqasına edə bilməmək, hər şeyin mükəmməl olduğuna, yəni möcüzə şüuruna inanmaqla əlaqədardır. Bax bu keçid dövründə ehtiyacınız olan tək şey nəfəs və nəfəslə birlikdə güclü çalışan üsullar olacaq.
Sizə də gücünüzü əllərinizdə hiss edə bilməni və bunu kainatın və hər kəsin xeyirinə zərifliklə və müdrikliklə istifadə etməyinizi diləyirəm.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 342
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri