Tənbəl olmayın, idman edin!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 060
Səs ver:
(səs: 1)
Yaz ayları gələn kimi hər kəs artıq çəkidən gileylənməyə başlayır, üstəlik idman üçün də tənbəllik edirlər. "Heç vaxtım yoxdur, idman üçün çox tənbələm, bunun bir asan yolu yoxdurmu?"-deyə, hamı soruşur. Özünə vaxt ayırmayan, idman üçün tənbəllik edən xanımlarımız üçün 3 sadə idman növü təqdim edirik.

Şəkildə göstərildiyi kimi uzanın, dərindən nəfəs alın, Ayağınızı bir qədər hündürdə saxlayıb hərəkətə başlayın. Elə hiss edin ki, ayağınızla kiçik dairələr cızırsınız, bu hərəkəti edərkən çalışın bədənininzi tarım saxlayasınız. 10-12 dəfə təkrar etdikdən sonra, digər yanı üstə eyni hərəkəti təkrarlayırsınız.
 
Yenə də yan üstə uzanın, ayağınıızın birini qatlayıb pəncəni yerə qoyun, altda qalan ayağınızı asta-asta endirib qaldırın. Yenə də diqqət edin ki, gövdəniz hərəkət etməsin. Bu hərəkəti də 30-40 dəfə təkrarlayın.
 
Əllərinizi və dizlərinizi yerə qoyun, Sonra dizlərinizdən sinənizə doğru düz bir xətt yaratmağa çalışın və bu xəttin pozulmamasına diqqət edin. Üç dəfə nəfəs alaraq, qollarınızı büküb aşağı enin və nəfəs alaraq başlanğıc formaya qayıdın. Bu hərəkəti etmək artıq xanımların gücünə bağlıdır. Heç vaxt məşq etməyənlər 10 hərəkətdən başlayıb, hər dəfə 3-5 hərəkət sayı artıra bilərlər. Amma, xanımlarımız unutmasınlar ki, yalnız məşqlə iş bitmir, həm də nümunəvi qidalanmağa fikir verməlidirlər, təmiz havada cəzintilər də öz yerində. Hər birinizə sağlam həyat və şux qamət arzulayıram!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 060
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri