Su fitnessi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 714
Səs ver:
(səs: 1)
Əziz xanımlar, bu dəfəki mövzumda sizlərə həm sağlamlıq, həm də arıqlama baxımından faydalı olan fitness növündən danışacam.

Son zamanlarda aerobikanın bir çox növü və hərəkətləri yayılmışdır. Bu da insanların köhnə üsullardan daha çox yeni üsullar axtarışında olmasının səbəbidir. Aerobikanın ən geniş yayılmış forması su fitnessidir. Bu üsul əzələlərin güclənməsi və formalaşması üçün çox əhəmiyyətlidir. Su fitnessinin əsas təsirlərindən biri də suyun əks təsir gücüdür.

Suda aerobika - Bu arıqlamanın ən yaxşı vasitəsidir (təbii ki pəhrizinizi saxlayaraq). Belə hesab edilir ki, su həm əhvalınıza, həm də bədən müqavimətinizə müsbət təsir edəcək. Su qan dövranını tənzimləyir və təbii massaj effektini verir.

Su fitnessinin bir çox növü var. Bunlardan ən geniş yayılmışı su aerobikasıdır.

1. Suda qaçış - dərin suda olan prosesdir ki, bu qaçış adi bir qaçış kimi olmalıdır.

2. Suda gəzmək - bu da eyniylə qaçma hərəkəti kimidir.

3. Su atlamaları - hərəkətin növündən asılı olaraq dərin və ya orta səviyəli suda omalıdır.

4. Su yoqası - əzələlərinin dözümlü olması üçün yerinə yetirilir.

5. Suda dartılma - dartılma və əzələlərin gücləndirilməsidir.

İndisə sizlərə Karina Rakitinadan yeni arıqlama üsulundan məlumat verəcəm:

"Mənim adım Karina Rakitinadır, mən su fitnessi üzrə təlimatçıyam. Bu gün mən arıqlamanın çox sadə üsulunu sizlərlə bölüşəcəm. Artıq çimərlik mövsümü başlayıb, siz bu mövsümü təkcə xoşa gələn deyil, hətta öz bədəninizin gözəlliyi və xeyri üçün də əlverişli edə bilərsiniz. Dənizdə, çayda, göldə, ən yaxşısı isə hovuzda üzməklə çətinlik çəkmədən çox faydalı məşqlər edə bilərsiniz. Və beləcə siz əzələlərinizi möhkəmlədə və artıq çəkidən də azad olacaqsınız.

Suda daha asan hərəkət edildikdə yorğunluq elə də tez gəlmir. Siz aerobik hərəkətlərlə, suyun müqavimətini aradan qaldırmaqla, əzəzlələrinizi gərginləşdirə və tonunu qaldıra bilərsiniz. Suyun təyziqi həm də massaj effektini verecək. Ümumiyyətlə müsbət nəticə olacaq.

Su aerobikası:
Suda belinizə qədər düz durmaqla 10-15 saniyə ərzində ayaqlarınızı həddindən artıq yuxarı qaldırmaqla yerində qaçış etməlisiniz. Yarım dəqiqə fasilələrlə 4-6 dəfə bu "yarış"ı təkrarlayın.

Əsas mövqe - suda uzanmaq. Bir it kimi üzmək, öz ayaq və əllərinizi yelləyərək... Hərəkətlərin ritmini əvvəlcə sürətli, sonra isə azaltmaq  lazımdır.Bu üzmə hərəkətini sakit üzməklə tamamlayın.

Arxası üstə uzanmaq və döşəməyə əllərinizi söykəmək (bu hərəkət çox da dərin olmayan hovuzlar üçündür). Ayaqlarınızı düz tutaraq kəsişdirin və növbəli olaraq gah sağ ayağı yuxarı, gah da sol ayağı yuxarı qaldırın "qayçı" kimi. Hərəkəti 10-15 dəfə təkrarlayın.

Üzmək əzələ, qarın və omba üçün ən təsir edici hərəkətdir. Əlinizə bir top alın və suya güclü ayaq zərbələri etməklə irəli üzün.

Suda gözəl istirahət edin və tez bir zamanda artıq çəkinizdən heç bir iz də qalmayacaq.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 714
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri