Fitneslə düzgün məşğul olmağın yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 034
Səs ver:
(səs: 0)
Fitneslə məşğul olmaq – dəbli əyləncə ilə yanaşı, hər zaman formada qalmağın əla yoludur.

Fitnes artıq uzun müddətdir ki, uğurlu insanın ayrılmaz hissəsinə çevrilmişdir. O, əzələ kütləsi yığmağa, artıq çəkidən azad olmağa, gözəl qamət əldə etməyə, müsbət enerjiyə köklənməyə kömək edir. Lakin belə bir fikir də mövcuddur ki, fitnesslə ev şəraitində məşğul olmaq idman zalına getməkdən daha səmərəlidir. Ambassade de la Beaute gözəllik institutunun fitness-məşqçiləri bununla razılaşmır. Onlar iddia edirlər ki, arzuolunan nəticəni yalnız zalda, məşqçinin ciddi nəzarəti altında əldə etmək olar. Məsələ təkcə idman avadanlıqlarında deyil. Klubda məşq edən hər bir insanın məqsədi eynidir. Məşqçi isə məhz sizə uyğun olan məşq proqramını seçəcək. Əlbəttə ki, evdə bu şəraitlər yoxdur.

Sizin fiziki vəziyyətiniz bütövlükdə səlahiyyətli məşqçinin iştirakından asılıdır. Çünki müəyyən idman növləri vardır ki, onunla hər kəs məşğul ola bilmir. Məsələn, əgər sizin kürəyinizdə problem varsa, onda şeypinq və aerobika sizə məsləhət görülmür. Varikoz zamanı çömbəlmə, sürətli qaçış, hoppanma və ayaqlara ağır yükün düşməsi kimi hərəkətlər sağlamlığınız üçün zərərli ola bilər. Ona görə də, məşqə başlamazdan öncə peşəkar məşqçinin konsultasiyasından keçin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 034
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri