Boyun osteoxondrozuna qarşı 8 məşq hərəkəti

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2579
Səs ver:
(səs: 1)
Boyun osteoxondrozunun ilk əlamətləri – kürəkdə ağrılar, başağrıları, başgicəllənməsi, eşitmənin zəifləməsi və ya qulaqda küyün yaranması, həmçinin koordinasiyanın pozulması nəticəsində yerimə zamanı səndələmə və s.-dir.

Lakin bəzi məşqlər, hərəkətlər vardır ki, bu hərəkətlər sizə bütün bu sadalanan narahatlıqların qarşısının alınmasında, osteoxondroza qalib gələrək sağlamlığınızı qorumanızda yardımçı ola bilər.

1. Buxağınızı boynunuza doğru əyin. Başınızı əvvəlcə 5 dəfə sağa, sonra 5 dəfə sola döndərin.

2. Buxağınızı azacıq qaldırın. Yenə başınızı əvvəl 5 dəfə sağa, sonra 5 dəfə sola döndərin.

3. Başınızı sağa əyin, qulağınızla çiyninizə toxunmağa çalışın, 5 dəfə bu hərəkəti edin, sonra eyni hərəkəti 5 dəfə sol tərəfə təkrar edin.

4. Başınızı düz tutun. Boyunun gərginləşmiş əzələlərini dəf etməyə çalışaraq buxağınızı körpücük sümüyünə sıxın. Bu zaman başın üst hissəsi yuxarıya doğru yönəlməlidir.

5. Ovcunuzla alnınıza təzyiq edin və boyun əzələlərini gərginləşdirin. Bu hərəkəti hər dəfə 7 saniyə olmaqla 3 dəfə təkrar edin.

6. Boyun əzələlərini gərginləşdirdiyiniz zaman sol gicgahınızı sol ovcunuza (hər biri 7 saniyə olmaqla 3 dəfə), sağ gicgahınızı sağ ovcunuza (hər biri 7 saniyə olmaqla 3 dəfə) sıxın.

7. Buxağınızı düz tutun, əllərinizi ənsənizə qoyun. Ənsənizlə əllərinizə hərəsi 7 saniyə olmaqla 3 dəfə təzyiq edin.

8. Barmaqlarınız bir-birinə keçirilmiş halda əllərinizi buxağınıza doğru aparın. Buxağınızla əllərinizə hər biri 7 saniyə olmaqla 3 dəfə təzyiq edin.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri