Həftədə neçə saat idman etmək olar?

Müəllif: emis
Şərhlər:
Baxılıb: 1081
Paylaş:
Səs ver:
(səs: 1)
2011-ci ildə İngiltərədə aparılan bir araşdırma nəticəsində məlum olub ki, hərəkətsizlik erkən ölümə yol açan 4 səbəbdən biridir.

Bu hesabatda idmanın ürək xəstəlikləri, diabet, depressiya və digər xəstəliklərin yaranmasının qarşısını aldığı da qeyd olunub.

Əgər arıqlamağı qarşınıza məqsəd qoymusunuzsa, yediklərinizə də diqqət etməlisiniz. Bu zaman daha çox kalori itirəcək və ideal çəkini qoruya biləcəksiniz. Həmçinin həftə ərzində idmanla nə qədər məşğul olduğunuz da önəmlidir. Mütəxəssislərin fikrincə, həftədə 2-3 saat, ya da hər gün 30 dəqiqə fitneslə məşğul olmaq lazımdır. Əgər ağır məşqlər edirsinizsə, o halda hər gün 10-15 dəqiqə idman kifayət edir. Hər gün idmanla məşğul ola bilmədikdə isə daha çox hərəkətdə olmağa çalışın, ya da 10-15 dəqiqə təmiz havada yeriyin.

Onu da qeyd edək ki, bədəni idmana uşaqlıqdan öyrətmək lazımdır. Bəzən valideynlər hərəkətdə olan uşağın sakit durması üçün ona acıqlanırlar. Halbuki uşaqların bu cür davranışları təbiidir, onların enerjisi daha çox olduğu üçün onu hara və necə xərclədiyini bilmirlər və daim hərəkətdə olurlar. Uşaqların enerjisini sərfəli şəkildə xərcləməsi üçün onları uşaqlıqdan idmana yönləndirmək məqsədəuyğundur. Hətta gün ərzində uşaqlara böyüklərdən daha çox idman etməyə icazə verilir. 5-18 yaş arası uşaqlar gün ərzində 1 saat idman edə bilərlər.

Kiçik yaşlardan idmanla məşğul olmaq uşaqların sümük və əzələ inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Odur ki, dəcəl uşaqları məhdudlaşdırmayın. Əskinə onların təhlükəsizliyini təmin edərək sərbəst hərəkəti üçün əlverişli mühit və şərait yaradın.

Uzun sözün qısası, yaşımızdan asılı olmayaraq, orqanizmimizin sağlamlığını qoruyub saxlamağımız üçün idman etmək hamımızın vəzifəsidir.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1081
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv