Ən problemli hissələr üçün 5 məşq: sellülitlər izsiz yox olacaq

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 3 488
Səs ver:
(səs: 2)
Qarından sonra ən tez kökələn hissə budlardır. Lakin şükürlər olsun ki, ən problemli hissələri müvafiq idman növləri ilə arıqlatmaq mümkündür. Budu arıqladan məşqləri etmək çox asandır. Üstəlik, ginekoloqlar da qadın sağlamlığı baxımından bu məşqləri dəstəkləyirlər. Odur ki, güzgüdəki əksinizdən razı qalmaq istəyirsinizsə, aşağıda göstərilən hərəkətləri elə bu dəqiqədən başlayaraq, etməyə başlayın. Aşağıdakı fotolara baxaraq, orda göstərilən hərəkətləri yerinə yetirin.

1. Bud üçün sadə gimnastika
Böyrü üstə yerə uzanın, əlinizi başınızın altına qoyub bir ayağınızı yuxarı qaldırın. Bu məşqi 3 set olmaqla 15-20 dəfə təkrarlayın. Eyni hərəkəti o biri ayağınızla da yerinə yetirin.

2. Ayaqlar arxaya
Əlləri stul və ya divara söykəyib bir ayağınızı düz şəkildə açıb dayanın. Bu vəziyyətdə bir neçə saniyə qalın. Sonra ayağı çox ləng şəkildə aşağıya doğru çəkin. Bu məşq də 3 set olmaqla, hər bir ayaq üçün 20-25 dəfə təkrarlanmalıdır. Ən əsası, ayaqları düz saxlamağa çalışın.

3. Dizlər arasında top
Üz üstə uzanıb dizləri bükün. Dizlərin arasına top qoyub ombanı yuxarı doğru qaldırın. Dizləri mümkün qədər sıxın. 10-a qədər sayıb bu vəziyyətdə qalın. Bu məşqi 3 set olmaqla, 15 dəfə təkrarlayın.

4. Topla ayaq üstə məşq edin
Topu dizlərin arasına qoyub yarımçıq şəkildə oturun və durun. Oturub-duran zaman bud əzələlərinin gərildiyini hiss edəcəksiniz. Bu hərəkəti hər gün  30-50 dəfə təkrar edin.

5. Bud əzələlərinin dartılması
Üz üstə uzanıb, bir ayağınızı qaldırıb o birinin üstünə qoyun. Sonra ayağınızı əlinizlə arxaya tərəf yüngülcə itələyin. Bu vəziyyətdə bir neçə saniyə dayanın. Hərəkəti digər ayağınızla da yerinə yetirin. Bu zaman kürəyi düz saxlamaq və nəfəsə nəzarət etmək çox vacibdir.

Bu gimnastika sayəsində ayaq-bud əzələləri xeyli güclənəcək, tonusda qalacaq. Nəticədə xoşagəlməz sellülitlər də yox olacaq. Çətini məşğul olmağa başlamaqdır, nəticə özü, məşqləri davam etdirməyinizə stimul olacaq.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 488
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri