Asta qaçan namərddir

Şərhlər: 3
Baxılıb: 5 065
Səs ver:
(səs: 3)
Düzgün qaçışın sirrləri - qaçış zamanı edilən 6 səhv 
Nəhayət ki, qaçmağa qərar vermisən? Əla qərardır! Amma səni necə edim, nə edim deyə suallar düşündürür? Adətən qaçışa yeni başlayanlar müəyyən səhvlər edirlər ki, bu da sağlamlığa pis təsir edir. 

Düzgün şəkildə necə qaçaq
"Yarasa" prinsipi ilə məşq 
Bu qaçış zamanı edilən ən böyük səhvlərdəndir. Yaxşı nəticə əldə etmək üçün hər şeyi tez etməyə, sürətli qaçmağa ehtiyac yoxdur. Sürətli qaçdığın vaxt çox eneji itirib, tez yorulacaqsan və stress yaşayacaqsan.  

Hesab edirsən ki "nə qədər çox, o qədər yaxşıdır"...
Çox idmançı və idman həvəskarları düşünürlər ki, yaxşı nəticə əldə etmək üçün çox məsafə qət etmək gərəkli deyil. Çox və sürətlə məsafə qət etmək ilk növbədə ayaqların, dizin və ayaq biləyinin zədələnməsinə gətirib çıxarır. Bu problemləri aradan qaldırmaq üçün bəzən fizioterapiya, bəzən isə əməliyyat lazım olur. 

Güclü məşqlər etmə
Bilmək istəyirsən ki, necə düzgün şəkildə qaça, tez nəticə əldə edə bilərsən? Buna görə də təkcə qaçış xalçasında deyil, idman zalında da qaçmalısan. Aktiv aerobik fəaliyyət səni fiziki stressdən azad etməklə rastlaşacağınız problemləri, ala biləcəyiniz travmaları heçə endirəcək. 

Orqanizmi "aclıq hissi"nə alışdırmaq
Tez bir şəkildə çəki itirmək üçün çoxları qaçışla pəhrizi bir arada edir. Amma bu düzgün deyil. Çünki pəhrizlə enerji itirilir və qaçış zamanı kifayət qədər enerji olmur. Bu cür yanaşma yalnız zərərli ola bilər. Qaçışa başladığınız zaman əsas diqqət etməli olduğunuz nüans düzgün qidalanmaq və enerjili olmaqdır. 

Səhv ayaqqabı seçirsən
Qaçış zamanı edilən ən böyük səhv ayaqqabı seçimi olur. Elə  seçməlisən ki, rahat olmalıdır. Çünki mükəmməl qaçış ayaqqabısı qaçışın texnikasını təşkil edir. 

Əks təsirlər haqqında düşünmək olmaz
İlk baxışdan qaçış ən sadə və təsirli fiziki aktivlik kimi görünür. Amma o da özlüyündə əks təsirlər də göstərə bilir. Bu problemlər insanlarda ürək xəstəliyi də yarada bilər. Bütün bu əks təsirlərdən qorunaraq və sağlam, formada qalmaq üçün  qaçışın sirrlərini öyrənərək işə başlaya bilərsiniz.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 5 065
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri