Bugün rəqs edək: Rəqsin köməyilə çəki ataq

Şərhlər: 5
Baxılıb: 3 420
Səs ver:
(səs: 2)
Son zamanlar rəqs edərək çəki atmaq daha çox dəb halını alıb. Rəqs digər hərəkətlərlə bərabər orqanizmin dözümlülük və koordinasiyasının inkişafına yardım edən mükəmməl kəşfdir. Amma çəki atmaq üçün rəqsi yeganə çıxış yolu kimi görmək səhv addımdır. Düzdür, rəqs zamanı yaxşı enerji itirmək olur, orqanizmin bütün əzələlərində tonus yaranır. Əgər sadəcə rəqs edib çəki atmaq niyyətindəsinizsə o zaman rəqsin yanında sizə uyğun pəhriz də pis olmaz. Rəqsin digər üstünlükləri haqqında yazının davamını oxuyaraq faydalana bilərsiniz. 
İntensiv rəqslə 1 saatda 500 kalori yandırmaq olur. Rəqs etdiyiniz zaman çalışın bol-bol tərəvəz yeyin, əti bacardığınız qədər az yeyin və tərəvəzli smuzilər için. İntizamlı və bacarıqlı olmaq da, sizə kömək olacaq. Və arıqlamaq üçün olan müxtəlif rəqslər var ki, onlardan birini özünüz üçün müəyyən edib, intizamlı şəkildə məşğul olaraq çəki ata bilərsiniz, orqanizmi də tamamilə tonuslaşdırmaq mümkündür.
Çəki atmağa köməkçi olan rəqslər

Polo-rəqs

Bu rəqs bir növ atrobatik məşqlərdən ibarətdir. Müntəzəm olaraq bu rəqslə məşğul olsanız 1 aydan sonra nəticəni bütün bədəninizdə görəcəksiniz. Xüsusilə də, qol və qarın əzələlərinə yaxşı təsir edəcək.

Zumba

Zumba r & b və hip-hop rəqslərinin birləşməsindən yaranmış qarışıq Latın rəqsidir. Bədənin bütün əzələlərinə təsir edir. Bu rəqs mükəmməl kardio, antidepresan və titrəmə hərəkətlərilə sizin bədəninizi ideal formaya salacaq.

Balet

Balet qulağa nə qədər klassik səslənsə də, bir o qədər də, duruşunuzu düzəldər və bütün bədəninizi tonuslaşdırar. Müntəzəm şəkildə məşğul olduqdan 1 ay sonra baldır hissələrinizdə dəyişikliyi hiss edəcəksiniz və görəcəksiniz ki, artıq əvvəlkindən daha çevik hərəkət edirsiniz. Eyni zamanda da, bədəninizdəki yüngüllüyü hiss edəcəksiniz.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 420
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri