İdeal bədən quruluşu üçün 9 vacib idman hərəkəti

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 5 341
Səs ver:
(səs: 2)
Gözəl və möhkəm bədən quruluşunun sirri artıq çoxdan hər kəsə məlumdur. Bunun əsasında düzgün qidalanma və mütəmadi olaraq idmanla məşğul olmaq dayanır.
Qadınlar.Biz da sizə sadə üsullarla edə biləcəyiniz məşqlər kompleksi təqdim edir. Hər gün bu 9 idman hərəkəti ilə ideal bədənə daha çox yaxınlaşacaqsınız. Başladıq!

İdeal press
popsugar Bu hərəkət sayəsində möhkəm və düz qarına sahib olacaqsınız. Hərəkəti hər ayağınızı dirsəyinizə 30 dəfə vurmaqla təkrar edin.

Gözəl əllər
Əllərdə sallanma olmaması və möhkəm olması üçün əla hərəkətdir. Ayaqlarınızı çiyinləriniz enində aralı qoymağa diqqət edin. Bu idman hərəkəti 15 dəfə təkrarlanmalıdır.

Sinə (döş) əzələlərinin möhkəmlənməsi
gethealthyu Döş hissənizin sallanması və yumşaq olmasını istəmirsinizsə, əzələləri möhkəmləndirməyə çalışmalısınız. Fotoda gördüyünüz hərəkətlərdən hərəsini 12 dəfə olmaqla təkrarlamağa çalışın. Hərəkətləri edən zaman nəfəsinizə diqqət edin.

İncə bel üçün hərəkətlər
pinterest İncə bel üçün bu hərəkətləri etdiyiniz zaman belinizi dik tutmağa xüsusilə diqqət edin. Hər iki istiqamətə 15 dəfə olmaqla təkrarlayın.

Arxa və budlar üçün
Möhkəm arxa və güclü bud əzələləri istəyirsinizsə, bu hərəkət məhz sizin üçündür. Hər duruşda 30 saniyə dayanmağa çalışmaqla, hərəkəti 30 dəfə təkrarlayın.

Ayaqlar
Güclü ayaqlar və möhkəm dizlər üçün olan ideal məşq hərəkəti. Ayaqlarınızı irəli uzadarkən tam açmağa diqqət yetirin. Hər iki vəziyyətdə 20 dəfə təkrarlamağa çalışın.

Squat
Ayaq və arxa əzələlərinin möhkəmlənməsi, genişlənməsi üçün edilən hərəkətdir. Ayaqlarınızı çiyinləriniz aralığında qoymağa xüsusi diqqət edin. Hər gün 50 dəfə olmaqla bu hərəkəti təkrarlayın.
 
Dartınma
Ümumi olaraq bədən əzələrinin elastikliyi və hərəkətliliyini artırmaq üçün edilən hərəkət. Hər tərəfdən 6 dəfə olmaqla etmək lazımdır. Pozanın saxlama müddəti 20-30 saniyə olmalıdır.

Ən vacib idman hərəkəti: Gəzinti
Gəzinti sizin ümumi sağlamlığınız üçün olduqca əhəmiyyətli fəaliyyətdir. Qan dövranını, maddələr mübadiləsini və ürəklə bağlı problemlərinizi həll edəcək qədər vacib olan bu fəaliyyətə gün ərzində ən azı 45 dəqiqə ayırmalısınız. Həm fiziki, həm də estetik gözəlliyiniz üçün dönüş nöqtəsi hesab etmək olar.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 5 341
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri