İdman
zalına getmədən ev şəraitində daha feminəl bədən quruluşuna sahib olmaq
istəyirsən? O zaman halqa gözəl seçimdir! Adi halqa ilə belinizi
incəldə, pres ilə isə onu möhkəmləndirə bilərsiniz. Bəs halqa ilə necə
məşq etmək olar? Siz xanımlara bununla bağlı bəzi ipucları veririk.
Başlamazdan əvvəl mühüm qaydaları bilməyiniz vacibdir:
Məşq zamanı qarnınızı həmişə içəri yığılmış vəziyyətdə, əzələləri isə gərgin saxlayın.
Aramla nəfəs alıb-verin.
Halqa ilə məşq etdiyiniz zaman çalışın sabit dayanın, gəzməyin.
Məşqə 10 dəqiqədən başlayaraq müddəti tədricən 30 dəqiqəyə qədər çatdırın.
İlk halqanız hamar və yumşaq olmalıdır. 30 dəqiqə məşqdən sonra
yorğunluğu aradan qaldırmaq üçün masaj edilmənizi tələb edən ağır
halqaları sonraya saxlayın.
Bütün bu qaydalardan sonra məşq prosessinə rahat başlamaq olar!
1. Sadə fırlanma.
Halqanı
belinizdə 2 dəqiqə saat əqrəbi hərəkəti istiqamətində, 2 dəqiqə isə
əksinə fırladın. Başlarda bir istiqamətdən digər istiqamətə keçid sizə
çətin gələcək ki, bu normaldır.
Başlamazdan əvvəl mühüm qaydaları bilməyiniz vacibdir:
Məşq zamanı qarnınızı həmişə içəri yığılmış vəziyyətdə, əzələləri isə gərgin saxlayın.
Aramla nəfəs alıb-verin.
Halqa ilə məşq etdiyiniz zaman çalışın sabit dayanın, gəzməyin.
Məşqə 10 dəqiqədən başlayaraq müddəti tədricən 30 dəqiqəyə qədər çatdırın.
İlk halqanız hamar və yumşaq olmalıdır. 30 dəqiqə məşqdən sonra
yorğunluğu aradan qaldırmaq üçün masaj edilmənizi tələb edən ağır
halqaları sonraya saxlayın.
Bütün bu qaydalardan sonra məşq prosessinə rahat başlamaq olar!
2. Çömbəlmə.
Saat
əqrəbi istiqamətində hərəkət edərkən sağ ayağı azca qabağa, sol ayağı
isə arxaya qoymaq lazımdır. Halqanı dayanmadan fırlatmaq, istiqaməti
dəyişərkən əyilmək və sonra yenidən davam etmək lazımdır. Hərəkəti 3
dəfə təkrarladıqdan sonra ayaqların vəziyyətini dəyişin.
3. Əllər yuxarı.
Dimdik
dayanaraq əlləri yuxarı qaldırıb, halqanı hərəkət etdirin. Bu
vəziyyətdə halqanı hər iki istiqamətdə (saat əqrəbi hərəkəti
istiqamətində və əksinə) 2 dəqiqə fırladın.
4. Sürətin dəyişməsi.
Məşqə
başlayarkən halqanı maksimum sürətli fırladın. Daha sonra isə
yavaş-yavaş sürəti azaldaraq minimuma endirin. Əgər hiss etsəniz ki,
halqa düşəcək, o zaman yenidən başlanğıc alın, maksimum sürətlə davam
edin, prosessi təkrarlayın. Fırlanmanı hər istiqamətdə 2 dəfə dönərək
təkrar edin.
5. Yeriş
Aktiv
istifadəçi üçün: halqanı fırladaraq sürəti itirməyərək və əzələni
yumşaltmayaraq kiçik addımlarla irəli, geri, sağa, sola hərəkət etmək
olar.