Qarnı əridən məşq

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 242
Səs ver:
(səs: 0)
Yeni ilin yaxınlaşdığı ərəfədə xanımların gözəl görünməsi üçün bir çox məsləhət vermişik. Lakin geyim seçimi, makiyaj və saç düzümü qədər bədən quruluşu da önəmlidir. Gözqamaşdırıcı görünmək istəyirsinizsə, yeməklərinizə və qidalanmanıza fikir verin. Ən əsası isə idmanla məşğul olmağa tənbəllik etməyin. Tabloid.az bu yazıda qarnı əridən 7 pilates məşqini təqdim edir:
Bu məşq ilə tez bir zamanda arzuladığınız bədən ölçüsünə qovuşa bilərsiniz. Bu məşqlərə gündə sadəcə 10 dəqiqənizi ayırmağınız kifayətdir. Gəlin elə indi başlayaq...
Dizləri 90 dərəcəlik bucaqla bükün, əllər boyunda, dirsəklər açıq. Qarnı yaxşıca içəri çəkin, qabırğanı bağlayın.
Bu mövqedə nəfəs verərkən çiyinlər inizi yerdən sıyıraraq dizlərinizi başınıza doğru yaxınlaşdırın. 15 dəfə açılıb bağlanaraq bu hərəkəti təkrar edin.
Beli incəldən bu məşqlər üçün arxası üstə uzanın, ayaqları masa mövqeyində dizlərdən bükün, əllər boyunun arxasında, dirsəklər açıq, çənə isə sinədən uzaqda dayanmalıdır. Hər nəfəs mübadiləsində bir ayağı uzadarkən digər ayağı dizini çarpaz şəkildə dirsəyə yaxınlaşdırıb, bədənin yuxarısını yüngülcə o tərəfə doğru döndərin. Hər iki tərəfdə 6 dəfə təkrar edin.
Bu məşqlər xüsusilə qarın yağları yandırmağa yarayır. Əllərinizlə başınızı dəstəkləyin. Dizləri sonuna qədər açın. Ayaqlarınızı uzadın. Nəfəs alın, verərkən baş və dizləri bir-birinə yaxınlaşdırın. Nəfəs alarkən ayaqlar açıq, verərkən qapalı olmalıdır. Hərəkəti 15 dəfə təkrar edin.
Arxası üstə yatan vəziyyətdə qarnınıza doğru baxın və ayaqları dizlərdən bükərək masa mövqeyi alın. Nəfəs alın, verərkən qarnı içəridə saxlayaraq, kürəyin yuxarı hissəsini yerdən qaldırarkən bir əlinizlə dizin daxili hissəsini, digəri ilə də xarici tərəfini tutun və digər ayağınızı gözlə eyni səviyyədə uzadın. Hər nəfəs mübadiləsində ayaqları dəyişdirin. Hər iki ayaqla 5, ümumilikdə 10 dəfə təkrar edin.
Ayaqlar aşağıda düz, qarın içəridə, qabırğa qapalı, gözlər yuxarı baxır, əllər isə yanlarda olmalıdır. Ayaqlar aşağıda olanda nəfəs alın. Bir ayağı düz bir şəkildə yuxarı qaldırarkən nəfəs verin. Ayaq dəyişdirərək, nəfəsinizlə birlikdə hər iki istiqamətə 15 dəfə təkrar edin.
Bu məşqlər bütün qarın əzələlərini hərəkətə gətirir, beli incəldir. Oturun, kürək düz, qollar bir-birinə paralel irəlidə ayaqlarınıza tərəf uzanır. Bu vəziyyətdə nəfəs alın. Nəfəsinizi verərkən qolları yanlara açaraq geriyə qayıdın. İlk mövqeyə qayıdıb, başqa istiqamətə təkrar edin. Bu məşqi 15 dəfə edin.
Arxası üstə uzanın, ayaqları düz bir şəkildə yuxarı qaldırın, qollar yanlarda, qarına doğru baxın. 5 dəfə nəfəs alıb, 5 dəfə nəfəs verərkən əllərinizlə yerə doğru toxunun. Əllərinizi suya vururmuş kimi nəfəslə birlikdə sallayın. Əgər çətinlik çəkirsinizsə, dizlərinizi 90 dərəcəlik bucaqla bükərək də məşqsiz tətbiq edə bilərsiniz. Bu hərəkəti 10 dəfə təkrar edin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 242
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri