Fitness haqqında

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 690
Səs ver:
(səs: 0)
Fitneslə məşğul olmaq heç bir zaman gec deyil, hətta 55 yaşında da fitnesə başlaya bilərsiniz. Yenə də vurğulayıram ki, əsas olan odur ki, mütəxəssislə məsləhətləşəsiniz.
Fitnes bədənə forma verən idman növlərindən bir qədər fərqlidi. Fitneslə ən birinci sağlam olmaq üçün məşğul olurlar. Fitnes zamanı qaçmaq, pedal fırlatmaq kimi kalori sərf edən və yağ yandıran hərəkətlər edilir. Bunların da sayəsində əzələlər çox da böyüməz. Onlar sadəcə olaraq elastikliyini bərpa edər və estetik gözəllik əldə edərlər.
Fitneslə məşğul olmazdan əvvəl bir sıra qaydalara riayət etmək lazımdır. Məsələn: ona uyğun geyim geyilməlidir, uyğun idman ayaqqabısı geyilməlidir. Mütəxəssisin verdiyi proqrama riayət edilməlidir. Müxtəlif zədələrin yaranmamağı üçün fitnesə başlamazdan əvvəl isinmə hərəkətlərini etmək lazımdır. Fitneslə məşğul olarkən bunu mütəmadi olaraq etmək lazımdır. Bununla yanaşı sağlam qidalanmaq da zəruridir. Sağlam qida fitneslə məşğul olanlar üçün çox önəmlidir. Bu, fitnesin ən təməl addımlarından biridir.

Fitneslə mütəmadi olaraq məşğul olmaq lazımdır. Gəlin, baxaq görək fitneslə mütəmadi məşğul olmağın hansı müsbət yönləri var. Mütəmadi olaraq fitneslə məşğul olmaq bizə nə qazandırır?

Məhsuldarlığı artmış ağciyər və sağlam şəkildə işləyən bir ürək
Məhsuldar bir şəkildə arıqlamaq
Sümüklərin möhkəmlənməsi
Sağlam dəriyə sahib olmaq
Uzun və sağlam bir həyat
Beyin inkişafı və düşünmə qabiliyyətinin artması
Müsbət baxış tərzi
Cinsi güc
Özünə hörmət (psixoloji cəhətdən)
Normal və rahat bir yuxu
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 690
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri