Sağlam bədən yığmağın yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 833
Səs ver:
(səs: 0)
Naturalların ən böyük problemi – relyef əmələ gəlir, kütlə isə artmır. Nə etmək lazımdır?

1. Yanaşmalarda təkrarların sayı
Əksər kişilər bir yanaşmaya 7-10 təkrar prinsipi ilə məşq edirlər. Bu bildiyiniz kimi bütün fitnes dünyasında qəbul edilmiş normadır. Lakin güc göstəricilərinizi belə artıra bilməyəcəksiniz. Naturallar bilməlidirlər ki, onlar ilk növbədə güclənməlidirlər ki, sonra daha ağır çəkilərlə kütləni artıra bilsinlər.

Lakin minimal təkrar ilə maksimal çəkilərlə məşq etməyə tələsməyin. Az çəki, 15-20 təkrar ilə yerinə yetirilən məşqlər sizin dözümlüyünüzü artıracaq.

2. Əzələ qrupuna düşən iş yükü

Burada siz qızıl ortanı tapmalısınız. Yanaşma və təkrarlar sizi stresə salmayacaq qədər optimal olmalıdırlar. Az yanaşma əzələ qrupunu stimullaşdırmayacaq, çox yanaşma isə mərkəzi sinir sisteminizi zədələyəcək.

3. Əzələ kütləsini yığmaq müddəti
İdmançı nə qədər quru olsa, kalori profisiti bir o qədər ona kütlə yığmağa kömək olacaq. Kütlə yığmaq müddətini ənənəvi 6 aydan 12 aya qədər artırın. Daha sonra quruma prosesinə keçin, əks halda keyfiyyətli əzələ yığımı olmaya bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 833
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri