Daha çox kalori yandırmanızı təmin edəcək məşqlər

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 3 038
Səs ver:
(səs: 0)
Kilo vermək üçün diyet kafi deyildi. Bədənin bölgələri üzrə kilo vermək üçün doğru məşqləri etməlisiniz. Daha çox kalori yandırmanızı təmin edəcək məşqləri sizin üçün hazırladıq. BYan yağlarınızdan ya da qıçlarınızdan şikayət edirsinizsə bu sadə məşqləri mütləq və düzgün tətbiq edin.

Diyet saxlayaraq kilo itirə bilərsiniz, ancaq sağlam və balanslı zəifləmək üçün məşq etməniz də lazımdır. Kilo verdiyinizdə aynada istədiyiniz incə görünüşün meydana gəlməməsindən şikayət edirsinizsə bu əzələ nisbətinizin aşağı olması ola bilər. Kalori yandırdacaq və əzələ nisbətinizdə artım təmin edəcək bu məşqləri təcrübədən keçirə bilərsiniz.

Daha çox kalori yandırmanızı təmin edəcək məşqlər

Yan Yağlarını Əridin
Zəifləməyə başlasanız da yan yağlarınızdan xilas olmanız asan olmaya bilər. Yan yağları üçün xüsusi məşq hərəkətləri etməlisiniz. Əlinizə götürdüyünüz ağırlıqlar ilə hər gün 20 dəfə 3 set halında bu məşqi çalışa bilərsiniz.



Squat
Ombanızın daha gözəl görünə bilməsi üçün yağları əzələ halına gətirməniz lazımdır. Squat, yalnız ombanız üçün deyil üst qıçlarınız üçün də son dərəcə təsirli bir məşqdir. Gündə 3 dəfə 20 set halında edə bilərsiniz.



Qıç Yağları Üçün
Xüsusilə iç qıç yağlarından şikayətçi olanlar üçün ən təsirli məşqdir. Qıçlarınızın sürətlicə şəkilə girməsini təmin edər. Diz problemləri olan qadınların diqqətli etməsi lazım olan bir məşqdir.



Kürəyinizi Gözəlləşdirin
Kürək dekoltesi geymək istəyir ancaq kürək yağlarınızdan şikayət edirsinizsə bu məşq sizin üçün idealdır. İdmançı deyilsinizsə kürək əzələləriniz zəif ola bilər. Özünüzə uyğun ağırlıqları istifadə etmək sizin üçün daha uyğun olacaq



Jim
Başda qol və qıç əzələləri olmaqla bütün bədənin möhkəmlənməsini təmin edər. Çox kilonuzdan narahatsınızsa o bölgədəki yağı əzələ halına gətirə bilmək üçün ideal bir üsuldur. İlk dəfə jim çəkirsinizsə özünüzü məcbur etməyin. Sayını yavaş yavaş artırın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 038
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri