Sağlam olmaq üçün gün ərzində nə qədər addım atmaq lazımdır?

Müəllif: Son Bahar
Şərhlər: 1
Baxılıb: 2 055
Səs ver:
(səs: 0)
Fiziki aktivlik sağlamlıq və cavanlığın təməlidir. Sübut olunub ki, fiziki aktivlik bir çox xəstəliklərin və pozulmaların, o cümlədən, ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin, piylənmənin, xərçəngin qarşısını almağa kömək edir.
Bir çoxlarımız idmanla məşğul olmağa, idman zalına getməyə vaxt və imkan tapa bilmirik. Bu halda sadəcə piyada gəzin. Bu adi fiziki aktivlik növü olduqca effektli və faydalıdır. Piyada gəzmək təzyiqi normallaşdırır, stressi azaldır, əhvalı yaxşılaşdırır, arıqlamağa kömək, sümük və oynaqları möhkəmləndirir, qəbizliyin qarşısını alır və s.
Alimlərin fikrinə görə, sağlam olmaq üçün insan gün ərzində orta tempdə 10 min addım atmalıdır. Bu kifayət qədər böyük rəqəmdir. Müasir insanlar gün ərzində qat-qat az addım atır. Telefonlar üçün olan xüsusi proqramların köməyi ilə addımlarınızı saya bilərsiniz. Belə proqramı telefonunuza yükləyin və sağlamlığa doğru addımlamağa başlayın!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 055
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri