Uşaq tərs gəlirsə... - Hansı idman hərəkətlərinə icazə var?

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 3 379
Səs ver:
(səs: 1)
Körpə ana bətnində daim hərəkətdədir. Ana qarnındakı amnion mayesi dölün rahat hərəkətini təmin edir. Doğuşa yaxın gözlənilən vəziyyət uşağın başının aşağıda, ayaqlarının isə yuxarıda durma vəziyyətidir. Ancaq həmişə belə olmur. Bu vəziyyət tərs gəliş kimi ifadə olunur. Belə olduqda isə həkimlər həyəcan təbili çalmağa başlayır.

Uşağın bətndə durma tərzinin əhəmiyyəti nədir?

Baş orqanlar arasında ən vacib olanı beyindir. Başın öndə gəlməsi beynin zərər görməməsi üçün mühümdür. Normal doğumda da baş birinci çıxır.

Bəs tərs gəlişin səbəbləri hansılardır?

Mövzu ilə bağlı Qadinla.com-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, cərrah mama-ginekoloq Ruziyə Hüseynova tərs gəlişin səbəblərinin müxtəlif olduğunu bildirib:

"Dölyanı mayenin çoxluğu və ya azlığı

Çanağın ölçülərinin böyük və yaxud kiçik olması

Qeyri-müəyyən etiologiyalar əsas faktorlardır”.

Dölün hamiləliyin hansı həftəsində normal duruş vəziyyətini alması ilə bağlı isə təzadlı fikirlər mövcuddur. Həkimin sözlərinə görə, hamiləliyin 37-ci həftəsinə qədər dölün vəziyyəti dəyişə bilər. O bildirib ki, körpə qarında daim hərəkətdə olur deyə duruşunu dəyişmək ehtimalı da mümkündür.

"Tərs gələn dölü hansı hərəkətlərlə düzgün istiqamətə döndərmək olar?” sualını cavablandıran R.Hüseynova bəzi idman hərəkətləri ilə bunun mümkün olduğunu vurğulayıb:
"15 dəqiqə sağ tərəf üzrə, daha sonra 15 dəqiqə sol yan üstə uzanmaq tövsiyə edilir. Uzanıb ayaqları 10 dəqiqə kimi qaldırmaq olar. Bu hərəkətlərlə mümkün ola bilər. Amma konkret idman hərəkətləri yoxdur ki, deyim dölün gəlişini 100 faiz dəyişdirəcək”.

Ruziyə həkim bildirib ki, tərs gəlişlərdə uşağın və ananın səhhəti baxımından qeysəriyyə təklif olunur: "Tam sağrı gəlişi, ayaq gəlişi, erkən doğum, iri körpə, çanaq darlığı olduğu zaman qeysəriyyə ən düzgün seçimdir. 39 və 40-cı həftədə edilən qeysəriyyə normal doğuş hesab edilir. Ondan qabaq edilən qeysəriyyə isə vaxtından əvvəl edilən əməliyyat hesab edilir. Döl əkiz olarsa 38-ci həftədə də qeysəriyyə edilə bilər”.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 379
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri