Ev şəraitində sağrı və ombalar üçün məşqlər (video-kompleks)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 5 921
Səs ver:
(səs: 0)
Ev şəraitində sağrı əzələlərini necə böyütmək olar? Bu sualı məşqlərə yeni başlayan və ya təcrübəsi az olan qızlar verir. Ən çox rast gəlinən hal – arıqlamaq və sağrı əzələlərini böyütmək lazımdır, trenajor zalına getməyə isə imkan yoxdur. Videodakı sağrı və ombalar üçün hərəkətlər vasitəsi ilə evdə gözəl bədən quruluşuna nail olmaq və sağrı əzələlərini böyütmək mümkündürmü?

Vaxt (telefonda taymerdən istifadə edin):

bütün məşq – 15 dəqiqə

hər hərəkət – 1 dəqiqə

hərəkətlər arası dincəlmək –30 saniyə

Əgər hərəkəti fasiləsiz 1 dəqiqə etmək çətindirsə, bu müddətdə bir-iki saniyə dincələ bilərsiniz, lakin sonra davam edin, hərəkəti bir dəqiqəyə qədər çatdırın. Dincəlmə zamanı bir yerdə durmayın və ya oturmayın – hərəkət etməyə davam edin (otaqda gəzin, dartılma hərəkətləri edin)

Sağrı əzələlərini necə böyütmək olar?
Evdə, yoxsa trenajor zalında?
Sizə nə lazımdır – fitnes-modellərdəki kimi sağrı əzələlərini böyütmək, yoxsa sellülitsiz gözəl bədən (lakin böyük sağrısız) ki, çimərliyə getməyə utanmayasınız? Əgər birinci variantdırsa, bu halda trenajor zalsız heç cür mümkün olmayacaq. Ev şəraitində məşq etməyə başlamaq olar, lakin sonra əzələlərin böyüməsi üçün idman zalına, ştanq və qantellərə keçmək lazımdır. Əgər siz sadəcə qamətli bədən və çox böyük olmayan yığcam sağrı ilə kifayətlənirsinizsə, bunun üçün ev şəraitində sağrı və omba üçün məşqlər yetər.

Genetika
Bir çox hallarda böyük sağrı yalnız davamlı məşqlərin nəticəsi deyil, həm də piyin “uğurlu” yığılmasıdır. Yəni sağrı əzələlərindən başqa, piy də - sellülitsiz – yığılır. Sellülit həm arıq, həm də kök qadınlarda müşahidə edilə bilər. Çox vaxt sellülit qadın daima gah arıqlayıb, gah yenidən kökələndə yaranır. Buna görə arıqlayana qədər sellülit olmaya bilər, 10 kq arıqlayıb yenidən kökəldikdə, kilolarla birgə sellülit də “qazanmaq” olar. Çəki sıçrayışları ilə ehtiyatlı olun.
Beləliklə, çox vaxt sağrı əzələləri həcmli olan fitnes-modellər sağrının böyüdülməsi üçün “supereffektiv proqramlar” reklam edirlər. Və bu proqramların nəticə göstərməsinin sübutu – öz sağrı əzələlərinin nümayişidir. “Mən bacardımsa, sən də bacaracaqsan”, lakin, təəssüf ki, bu tam olaraq belə deyil. Onların təklif etdikləri proqram, çox güman ki, unikal deyil, “işçi proqramı” olacaq: effektiv, lakin möcüzəyə qadir olmayan. Hətta onun proqramına ciddi şəkildə riayət etsəniz belə, sizin sağrınızın forması modeldəki kimi olmaya bilər.

Qidalanma
Arıqlamaq üçün az yemək, əzələ kütləsi yığmaq üçün daha çox yemək lazımdır. Artıq çəkiniz varsa – arıqlayın, fitneslə məşğul olun, amma əzələlərin dərhal böyüməsini gözləməyin. Bədəniniz ”yığılacaqdır”, lakin “braziliya sağrı formalarına” nail olmayacaqsınız. Daha az kalori qəbul edirsinizsə, heç bir “unikal və effektiv” məşqlər yardım etməyəcək. Az kalori isə - arıqlamağın əsas şərtidir. Amma hər şey birdən olmur. Əvvəlcə arıqlamaq, sonra əzələ kütləsini yığmaq lazımdır.

Sağrı və ombalar üçün ev şəraitində hərəkətlərin effekti
Az kalori qəbul edirsinizsə, videodakı hərəkətlər sağrı və ombaların arıqlamasına yardım edəcək. Sağrı əzələlərini böyütmək istəyənlərə trenajor zalında daha ağır məşqlərə hazırlaşmağa yardım edəcək. Yəni hələ idman zalına gedə bilmirsinizsə, evdə bu videodakı hərəkətlərə görə məşq etməyə başlayın. “Braziliya formasına” nail olmasanız da, sağrınız daha gözəl götsənəcək. Məqsəd - piysiz əzələ kütləsini artırmaqdırsa, mütləq daha çox kalori qəbul edin, pəhrizdə kifayət qədər zülal olmalıdır.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 921
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri