Sağlam kökəlməyin yolları

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 176
Səs ver:
(səs: 0)
Sağlam kökəlmək istəyənlər çəki artımına mane olan səbəbi araşdırmalı və nədən şübhələnməli olduqlarını bilməlidirlər. Kökəlməyə mane olan ilkin səbəblərdən biri qurd xəstəlikləridir, bağırsaq parazitlərini bədəndən xaric etmək üçün belə qarışıqdan istifadə edin:

Dağtərxunu çiçəyi – 50 qram

Boymadərən otu – 50 qram

Qızılçətir otu – 50 qram

Səna yarpağı – 50 qram

Bu tərkib, demək olar ki, bütün qurdları tökür. Bu bitkiləri bir-birinə qarışdırın, 2 xörək qaşığı qarışığı 3 stəkan qaynar suya tökün və çaynikdə dəmləyin, süzün və termosa tökün. Böyüklər gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan, uşaqlar yarım stəkan olmaqla, yeməkdən əvvəl içə bilər. Dəmləmə çox acı olduqda ona bal qatmaq olar.

İkinci səbəb zob xəstəliyidir. Bu zaman nə qədər yemək yeyilsə də, yenə də adam arıqlayır. Sizdə hansı zobun olduğunu və qanda yodun miqdarını bilmək lazımdır. Əgər yod azdırsa, aşağıdakı qarışımdan istifadə edə bilərsiniz:

Bunları bir-birinə qarışdırıb, qarışımdan 3 çay qaşığı 3 stəkan qaynar suda dəmləyib, süzün, sonra termosa tökün, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için. Qaytarma otu– 50 qr

Öksəotu – 50 qr

Qoz arakəsməsi – 50 qr

Əgər yod çoxdursa, aşağıdakı qarışımı yoxlayın.

Öksəotu – 50 qr

Sofora qönçələri – 50 qr

Damotu – 50 qr

Zəncəfil kökü – 50 qram

Bu da birinci kimi içilir. İçdikdən sonra əsəblərə fikir vermək lazımdır.

İnsan uzun müddət az miqdarda qida qəbul etdikdə mədəsinin həcmi kiçilir. Bunun qarşısını almaq üçün iştahagətirici çayların içilməsi lazımdır. Yovşan 100 qram, İtburnu meyvəsi 100 qram, qızılçətir 50 qram. Bitkilər bir-birinə qarışdırılır, qarışıqdan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı 1 stəkan suda dəmlənib içilir. Təxminən 15-20 gündən sonra mədənin tutumu artır və iştaha normallaşır. Əgər acı olsa, balla şirinləşdirib gündə 3 dəfə yeməkdən əvvəl için.

Bəs nələri yemək lazımdır? Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) həzrəti Aişə anamıza nişanlı olanda Aişə anamız çox arıq imiş. Ona xurma və balqabağı çox yeməyi məsləhət görüblər və o, qısa bir müddətdə kökəlibmiş.

Xəmir yeməkləri, yeməyin üstündən ləbləbi, şirin meyvələr, məsələn, üzüm, əncir, ərik, kişmiş yemək lazımdır. Açıq havada yavaş-yavaş gəzmək faydalıdır. Yemək həmişə eyni vaxtda yeyilməlidir, çünki yemək vaxtı çatanda mədə şirə ifraz edir, bu da iştaha ilə yeməyə səbəb olur. Yeməyi kollektiv olaraq yeyin, süfrə başında camaat olmasında bərəkət vardır. Quzu yox, qoyun ətinə üstünlük verin, kərə yağı işlədin.

Kökəlmək üçün məcun:

Qovrulmuş un – 0.5 kq

Kərə yağı – 0.5 kq

Bal – 1 kq

Qoz – 100 qr

Ərəb xurması – 200 qr (əzilmiş)

Balqabaq (qaynadılmış və əzilmiş) – 200 qr

Zövqə görə zəncəfil, darçın, mixək qarışdıra bilərsiniz.

Əvvəlcə yağ əridi-lir, un əlavə edilib qarışdırılır, sonra ocaqdan götürülüb, bal və digər ərzaqlar əlavə edilib qarışdırılır. Məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı yeyilir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 176
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri