Niyə kökələ bilmirik?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 875
Səs ver:
(səs: 1)
Kökələ bilməmə o qədər çox adamın problemidir ki. Bunun səbəbləri arasında yalnız nə yediyimiz yox,xüsusilə harada və necə yediyimiz də əhəmiyyətli mövzular arasındadır. Bunun haqqında edilən bəzi araşdırmalar da göstərir ki, bəzi məkanlarda yemək yemək adamın kökəlməsinə köməklik edə bilər. Kökəldən məkanlar olaraq adlandırılan bu vəziyyət kökələ bilməmə səbəblərini ən aza endirəcək səviyyədədir.
1. Mətbəxdə yemək yemək. Bu bir həqiqətdir ki, mətbəxdə yemək hazırlayarkən, ya da başqa bir işlə məşğul olarkən yemək çəki artıra bilər. Mətbəxdə bolca zaman keçirmək çəki ala bilməmə problemi ilə qarşı-qarşıya olan kəslər üçün xeyirlidir. Əgər kilo almaq istəyirsinizsə, mətbəxdə bir şeylər yemək, daha çox yemənizə səbəb olacaq və beləcə kökələ biləcəksiniz.

2. İş yerində yemək. Bunun şahidlərindən biri də mənəm. Xüsusilə, sevmədiyiniz bir yemək olduğunda,başqa yerdən yemək sifariş verməyə başlayır və gün boyunca oturaq şəraitdə işləyirsinizsə,yedikləriniz birbaşa kilo olaraq sizə geri dönür. Edilən araşdırmalarda da ofisdə yeyilən yeməklərin kalorisi yüksək olduğu sübut olunmuşdur. Bu da çəki artımına səbəb olur.

3. Tələsik yemək. Məndə də yavaş yemək problemi var, əminəm ki, ona görə kökələ bilmirəm. Yavaş yemək yemək arıqlamanıza köməklik edir. Bunun tam tərsi, sürətli bir şəkildə yemək yemək isə kökəldir. Çəki ala bilməmə səbəblərindən biri də bu ola bilər. Edilən araşdırmalarda da, eyni tortu 9 dəqiqədə yeyənlərin 646 kalori aldığı məlum olub, 20 dəqiqədə yeyənlərin isə 579 kalori aldığı nəticələr arasındadır.

4. Qaranlıqda yemək.
Psixoloji olaraq işıq səviyyəsinin azalması daha çox yemə vəziyyətinin artmasına səbəb olur. Gecələri daha çox yemək istəyirik, bu da kökəlməmizə səbəb olur.

5. Restoranda yemək. Çöldə yemək yemək əslinə baxılsa bəzi hallarda işə yarıya bilir. Bu vəziyyət kökəlmənin qarşısını alır.Yeyə-yeyə gəzən zaman bədənimizi işlədirik. Çünki,bu zaman aldığımız kaloridən daha çox kalori yandırırıq. Amma, restoranda oturaq vəziyyətdə istədiyimizi yeyirik və kökəlirik.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 875
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri