Kökəlmək istəyən xanımlara

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 561
Səs ver:
(səs: 0)
Həddindən artıq arıq olmanın bir neçə səbəbləri vardır. Bunlar qalxanvarı vəzinin sürətlə işləməsi, bağırsaqlarda olan parazitlər, bağırsaq iltihabı, genetik və psixosomatik səbəblər və s. ola bilər. Ən əsas səbəbi həkim doğru söyləyə bilər. Çünki, hər xəstənin fərqli cəhətləri vardır.
Aşağıda sizlərə türk doktoru İbrahim Saracoğludan hədsiz arıq olanlar üçün məsləhətləri təqdim olunur.
* 1 həftə boyunca səhər yeməyi ilə günorta yeməyi arasında yarım stəkan su ilə çeynəmədən 3-4 ədəd mixək udulur. 7 gün tamamlandıqdan sonra aşağıdakı qaydalara başlanır.
* Yeyəcəyiniz hər növ ətlə birgə (qoyun,dana,balıq və ya toyuq) mütləq orta ölçüdə bişmiş pomidor yeyilməlidir.
* Yeməklərin yanında buğdadan bişirilmiş çörək yeyin (kəpəkli olmasın). 1 ay boyunca hər gün 10-15 ədəd püstə yeyin.
* Meyvələrdən daha çox təzə ağ üzüm və banan yeyin.
* Hər günorta yeməyində mütləq təzə qaynadılmış kartof yeyin.
* Acı olmamaq şərtilə salatınızdan bolqar bibərini əskik etməyin.
* Hər axşam yeməyindən sonra bir fincan melissa çayı için.
* Hansı meyvəni yesəniz, mütləq bir kasa qatığın içərisinə doğrayıb yeyin.
* Hansı südlü şirniyyatlardan yesəniz, üzərinə darçın səpin.
* İş yerinizdə və ya evinizdə süfrəyə tək oturmamağa çalışın.
* Hər gün mütləq 20 dəqiqə gəzin. Bir ay ərzində hər gün eyni saatlarda yürüməyə çalışın.

Qadağalar:
* Gündə 2 stəkandan artıq çay içmək olmaz.
* Turşu, istiot və süddən uzaq durun.
* Yuxarıda yazılanlara əməl edərkən, yaşıl noxud, ispanaq, kələm, noxud yeyilməməlidir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri