Kökəlmək üçün nəcə qidalanmalı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 7 176
Səs ver:
(səs: 1)
Vücudun ehtiyacı olan kalori miqdarı insanın işi , gündəlik həyat tərzi ilə birbaşa bağlıdır.Məsələn təxminən 50 kq çəkisi olan insan hər gün 1680 kloriyə ehtiyac duyur.Lakin bu miqadar bütün gün tam istirahətlə keçən bir gün üçündür.Əgər insan masa başı bir işdə çalışırsa bu ehtiyacı 3360 , ağır işdə çalışırsa 6720 kaloridir.

Kökəlmək istəyənlərin ilk gündə ortalama 2000 kalori ilə kifayətlənmələri lazımdır.Yavaş yavaş alnan kalori miqdarı 3000 çatdırılmalıdır.
Səhər yeməyi mütləqdir.Bu yemək 750 kalori alacaq şəkildə hazırlanmalıdır.Məsələn – 500 ml-dən az sadə və ya südlü qəhvə və ya çay,15gr şəkər, 100 gr çörək, 30 gr bal və ya cem,30 gr kərə yağı və meyvə suyu, və ya 50 gr ağ pendir, 30 gr cem, 100 gr çörək və bir yumurta bu kalori ilə təmin edir. Günorta və axşam yeməklərində 1150 kalori almaq lazimdır. Yeməklərin çeşidi bu iki naharda davamlı dəyişdirilməlidir.150 gr ət, balıq və ya yumurta ,200 gr kartof, 50 gr makaron və ya düyü ( aş) 20 gr pendir, 100 gr çörək , 100 gr meyvə və ya şirniyyat , yeməkdən sonra şəkərli qəhvə günorta və axşam alınması lazım olan kalorini təmin edə bilir.

Bundan əlavə həftənin iki günü bəzi qidaları rasiona əlavə etmək lazımdır.
Bir gün: – Səhər yeməyində bir stəkan meyvə suyu, bərk bişmiş yumurta,buterbrod və şirin süd.Günorta yeməyində meyvə suyu və ya yoğurt , kərə yağı, çovdar çörəyi, qoz ləpəsi.Axşama doğru bir stəkan qreyfut suyu,axşam yeməyində quru üzüm , cəfəri, ispanaq,yatmazdan öncə meyvə suyu və ya bəkməzli yoğurt

Digər gün: – Səhər yeməyində kərə yağı çəkilmiş çörək və süd,günortaya doğru bir stəkan portagal suyu, günorta salat ,çörək, kərə yağı, axşama doğru quru çərəzlər, süd, axşm yeməyində alma, fındıq , salat, halva, meyvə.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 7 176
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri