Yeyib kökəlməmək üçün 6 yol

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 691
Səs ver:
(səs: 1)

1. Yarım saata çatdır
Sakit nahar vaxtından həzz almaq? Gündəlik həyat tempini nəzərə alsaq bu çətin məsələdir. Ən yaxşı halda iş naharları iki iclas arasında bir sendviçlə, salatla olur. Amma orqanizmə azı yarım saat lazımdır ki, toxluq hissini hiss etsin. Ona görə, nahara minimum 30-35 dəqiqə ayımaq lazımdır. Yoxsa lazım olandan çox yeyəcəyik. Nəticədə isə sağlamlıq, forma əldən gedəcək.
Bundan başqa tez bazar yemək bizi iri hissələr yeməyə vadar edir ki, bu da mədənin daha gərgin işləməsinə səbəb olur.

2. Yeməkdə su
Əgər duzlu və ya istiotlu yemək yeyiriksə o an istər-istəməz azı 0,5 litr suyu içə bilərik. Bu isə ona gətirib çıxarır ki, mədə su ilə dolur və iş funksiyası zəifləyir. Biz kifayət qədər yeməsəkdə toxluq hiss edirik. Buna görə, dietoloqlar yeməkdən yarım saat əvvəl su işməyi məsləhət görür.


3. Qazlı və şirin
Qazlı və şirin içkilər mədədə qıcıqlanma yaradır və həzmə mane olur. Nəticədə iş günün qalan hissəsidə ağır və yoğun keçir. Bundan başqa 200 qram qazlı suda 5-7 qaşıq şəkər var.

4. Ancaq tərəvəz?
Çoxları tam naharı ancaq salatlarla əvəz etməyə çalışırlar. Bununla onlar bədən ölçülərini qoruduğunu düşünür. Amma məhz bunu etmək heç lazım deyil. Daha yaxşı olar ki, salatla bir az düyü, çörək və ya ət yeyərsiz. Bu qanda şəkəri tənzimləyir.

5. Şirniyyatdan imtina etmə
Bəzən bizə elə gəlir ki, ancaq bir növdə əsas yeməklə pəhriz saxlaya bilərik. Ama həkimlər məsləhət görürlər ki, yeməyə nəzarət etməklə yəni klassik "birinci, ikinci və üçüncü" yeməklə də incə və gözəl qalmaq olar. Təbii ki, söhbət yüngül qəlyanaltılardan və yağsız desertdən gedir. Çalışın ki, günorta yeməyində 600-dən artıq kalori qəbul etməyin.

6. Karbohidrat və yağlara əsaslanmayın
Günorta yeməyində yaxşı olar ki, qızarmış yeməklərin yerinə soyutma və kabab xarakterli, soussuz məhsullar seçin. Çörəyi isə yaxşı olar ki, çovdar və ya qara istifadə edəsiniz. Onlar həm vitaminlərlə daha zəngin, həm də doydurucudur.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri