Yeni kəşf: kökəlmə ailəvi problemdir

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 2 397
Səs ver:
(səs: 1)
Sən demə, valideynlərdəki izafi çəki uşaqlarda da çəki artıqlığı və qeyri-sağlam qidalanma riskini artırır. Problem vərdişlərdə, yaşam tərzi ilə bağlı deyil.

Çəki problemləri yeməyi dayandırmaq zamanı barədə beyinə siqnal verən POMC genləri ilə bağlıdır. Qidalanma zamanı davranışa nəzarət edən beyin qismini kontrolda saxlayan POMC geninin ekspressiyasının blokadaya alınması ananın rasionu ilə onun övladlarındakı piylənmə riskinin artması arasındakı əlaqəni aşkarlamağa imkan verir.

Həddən artıq metilləşmə, yəni DNT molekulunda ardıcıllıq dəyişmədən modifikasiyanın yaranması POMC geninin ekspressiyasının qarşısını alır. Nəticədə insan normadan artıq vaxtda doyur, çox yeyir, kökəlir, tosqunlaşır.

Alimlər keçirdikləri sınaqlarda bu prosesi təkrarlayıblar. İsrailin Ramat-Qan şəhərindəki Bar İlan Universitetində aparılmış tədqiqatlara professor Asaf Marko rəhbərlik edib.

Bəlli olub ki, ananın rasionu sağlam olmazsa onun övladlarında piylənmə riski artır.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri