İnsanı kökəldən qidalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 119 965
Səs ver:
(səs: 16)
Əsrin bəlalarından biri olan artıq çəki problemini aradan qaldırmaq üçün aparılan tədqiqatlar nəticəsində insanı ən çox kökəldən qidalar müəyyən edilmişdir. Çox təəccüblüdür ki, siyahıda ilk sırada şirin qazlı sular və meyvə şirələri durur.

Qazlı şirin sular yüksək kalorilidir (0.5 l qazlı şirin suda 6 çay qaşığı şəkər vardır).Bu içkilər susuzluğu yatırmır və toxluq hissi yaratmır, elə bu səbəbdən çox içilir və nəticədə piylənməyə, şəkərli diabet və kariyesə səbəb olur.Qaymaq, xama, kərə yağı, yağlı pendir kimi süd məhsulları, eləcə də marqarin və mayonez də yüksək kalorili olduqlarına görə piylənməyə səbəb olurlar. Alkoqollu içkilər, şəkərli çay və qəhvə artıq çəki yaradır.Belə ki, orqanizm artıq şəkəri piyə çevirir. Ağ çörək və ağ undan hazırlanmış şirniyyatlar, xəmir xörəkləri; yağlı qırmızı və ağ ətdən hazırlanmış (xüsusilə də qızardılmış) xörəklər, kolbasa məmulatları da kökəlməyə səbəb olur. Qaymaqlı dondurma, şokalad, kremli tortlar bu qəbildəndir.

Ayaqüstü, tələm-tələsik yeyilən fast-fud yeməkləri (hamburger, qaynayan yağda qızardılmış kartof, çips, toyuq əti və s.) sürətlə çəki artırır.Bunun səbəbi fast-fud yeməklərinə (eləcə də kolbasa məmulatlarına, konservlərə və s.) qatılan mononatrium-qlütomatdır (kodu E 621). Qidaların dadını yaxşılaşdırmaq üçün istifadə olunan E 621 baş beyinin əsas kimyəvi maddələrini – mediatorları ələ keçirən dad reseptorlarını var gücüylə işləməyə məcbur edir. Orqanizm daha çox qida tələb edir və toxluq hiss çox gec əmələ gəlir.Yuxarıda adı çəkilən qida məhsulları passiv, oturaq həyat tərzi sürən insanları kökəldə bilər. Aktiv fiziki işlə məşğul olan, qəbul etdiyi kaloriləri "xərcləyən” və saat 18.00-dan sonra yeməyən insanlar üçün kökəlmə riski yüksək deyildir.

Qeyd: Məndə də çəki problemi var. Heç olmasa bir az kökəlmək pis olmazdı. Çox az yeyirəm, sonra da kökəlməməkdən şikayət edirəm. Məsələn, səhər duranda normal vaxtdakı yediyimiz səhər yeməyi azdı, amma yuxudan duran kimi bir az idman etsək, iştahımız da artar. Gün ərzində əlinizin altında az da olsa atışdırmalı nəsə olsa, ara-sıra yesəniz kökələrsiniz. Amma kökələcəm deyə hər şeyi yemək də olmaz, yoxsa o qidaların tullantıdan heç bir fərqi olmaz. Tərkibi zəngin qidalar yemək lazımdır. Mən artıq səhərləri passivliyə son qoymuşam. Duran kimi bir az idman edirəm, sonra səhər yeməyi yeyirəm və ara-sıra yüngül şeylər yeyirəm. Arzum budur ki, hər kəs istədiyi çəkiyə sahib olsun.
(səs: 16)
Şərhlər: 10
Baxılıb: 119 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri