Kökəlmək istəyən xanımların diqqətinə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 8 750
Səs ver:
(səs: 2)
İlk öncə çəkinizi düzgün təyin etməniz lazımdır. Bunun üçün çəki hesablama vasitəsindən faydalana bilərsiniz. Bu hesaba görə çəkinizin az olduğu müəyyən olunarsa və həkim tərəfindən başqa bir narahatlığınız olmadığı təsdiq edilərsə, o zaman burada yazılan məsləhətlər sizin üçündür.
Arıq insanların sağlam bir şəkildə kökəlməsi sanıldığı qədər asan deyil. Sağlam çəki almaq istəsəniz, o zaman aşağıdakılara əməl etməlisiniz:

Qızartma, xəmir xörəkləri, şirniyyat kimi bol kalorili yeməkləri gün ərzində bol miqdarda yeməklə sağlam bir şəkildə kilo ala bilməzsiniz. Bütün əsas qida maddələrini kafi və balanslı səviyyədə almanız lazımdır.

Tərəvəz və meyvələrdən hər gün 5 boşqab yemək lazımdır. Bunlar təbii olmalıdır, yəni dondurulmuş və ya konservləşdirilmiş olmamalıdır. Meyvə və tərəvəzlərdə olan antioksidanlar sizi həyat boyu bir çox narahatlıqdan və xərçəngdən qoruyacaq.
Süd və süd məhsulları xüsusilə kalsium, zülal və vitamin baxımından son dərəcə zəngin qidalardır. Bununla yanaşı, süd içərək aldığınız kalori miqdarını ən asan şəkildə artıra bilərsiniz. Əgər südü sevmirəm deyirsinizsə, içərisinə bir qaşıq meyvə püresi, meyvəli yoqurt qatın. Bol miqdarda süd içməyə qərar versəniz, az yağlı südü seçin, əks təqdirdə bədəndəki yağ tarazlığı pozula bilər. Süd məhsullarından xüsusilə az yağlı pendirdən bol miqdarda istifadə edə bilərsiniz.

Qanınızla bağlı hər hansı bir problem yaşamamaq üçün hər gün iki boşqab ət (qırmızı, balıq, toyuq) yeyin. Ət dəmir baxımından ən zəngin qidadır. Ancaq ətdən iki porsiyadan çox istifadə etməyin. Ət yerinə yumurta və quru paxlalıları yeyə bilərsiniz. Ancaq sosiska, kolbasa, hamburger kimi yağlı və bol kalorili yeməklərdən az istifadə edin.

Ara yeməklərini mütləq yeyin. Bu, çəkinizin artmasına kömək edər. Ancaq yenə bu paylarda bol kalorili, yağlı və şəkərli yeməklərdən az istifadə edin. Yeməklərinizi iştahlı və gözə xoş görünən şəkildə hazırlayın, yeyərkən zövq almağa çalışın.

Çəkinizin artmasına yardım edəcək məsləhətlər:
1) Yeməklərinizi seçərkən bol kalorili olmalarına diqqət yetirin.
2) Gündə 4-6 pay yemək yeyin (hamısı da bol kalorili).
3) Bol karbohidrat və zülal alın. Ancaq unutmayın ki, kalorinizin əksəriyyətini zülallar deyil, karbohidratlar təşkil etməlidir.
4) Gecə yatmazdan 2-3 saat əvvəl yemək yeyin. Beləcə, kalorinizdən az xərcləyəcəksiz.
5) Yo-Yo pəhrizini tətbiq edin. Bu, çəkini artırmanın ən yaxşı üsullarından biridir. 4 gün boyunca yüksək kalorili, sonra 3 gün müddətində ondan daha çox kalori ehtiva edən yeməklər yeyin. Bu vəziyyət arıqlamaq istəyən kök adamların başına tez-tez gələn bir vəziyyətdir. Zəifləmək üçün pəhriz saxlayarkən, birdən özlərini itirib daha çox yeməyə başlayırlar. Siz isə bunu şüurlu şəkildə edəcəksiniz.
6) Qırmızı ət digər ətlərə nisbətən daha çox kilo almağınıza səbəb olar. Ancaq bunu davamlı olaraq qəbul etməyin, arada başqa zülal qaynaqlarından da istifadə edin.
9) Zülal və amin turşusu baxımından zəngin olduğu üçün südün içərisinə blendrda parçalanmış xurma qatıb içə bilərsiniz.
10) Yeyin və istirahət edin.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 8 750
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri