Arıq qızların nəzərinə: kökəlmək istəyirsinizsə

Şərhlər: 4
Baxılıb: 1306
Paylaş:
Səs ver:
(səs: 0)
Yəqin ki, məşq zallarında arıq xanımları gördükdə təəccüblənirsiniz. Artıq çəkisi olan xanımlar idmana arıqlamaq üçün gəlirlər. Bəs arıq xanımlar niyə məşq zallarına üz tutur? Bununla bağlı danışan məşqçi Orxan Məmmədov bildirir ki, arıq xanımların bədənlərinin bəzi hissəsində artıq çəki olur. Bu zamansa bədənin proporsiyası pozulur. Arıq xanımlar bədənlərinin bəzi hissələrindəki çəkidən azad olmaq üçün idmanla məşğul olmalıdır: "Məsələn, çox sayda arıq xanım var ki, qarın hissələrində qalın yağ qatı var. Azərbaycan xanımlarının əksəriyyəti aşağı ətraflardan şikayət edir. Aşağı ətrafları ilə bel hissəsinin ölçüləri uyğun olmayan xanımlar da az deyil. Mütəmadi düzgün proqramla tərtib edilən idman bütün bu problemləri qaydasına salır. Bütün xanımların bədən ölçülərinə uyğun məşq proqramı tərtib edilir. Onlar üçün xüsusi məşq formaları təyin edilir ki, bədənin məhz həmin hissəsi arıqlasın”.

Çəki azlığından şikayət edən xanımlar üçün ən yaxşı vasitə idmandır. Məşqçi deyir ki, bu cür xanımlar üçün əsasən çəki artıran məşqlər təyin edilir: "Arıq xanımların qaçış aparatı, xizək və velosipedlərdən çox istifadə etməmələri tövsiyə edilir. Yalnız güc artıran hərəkətlərdən istifadə olunmalıdır. Bu cür xanımların əzələlərini şok vəziyyətinə saldıqda istənilən nəticəni əldə etmək olar. Normal istirahət də şərtdir. Ən əsası, qidalanmalarına fikir verməlidirlər. Əzələnin inkişafı istirahətdə baş verir. Düzgün məşq, düzgün proqram və düzgün qidalanma ilə sağlam kökəlmək mümkündür. Arıq xanımlar qaçış aparatında 10 dəqiqədən çox qaçmamalıdırlar. Bu isə yalnız isinmə məqsədi daşımalıdır. Əzələlərin inkişafı üçün bu cür məşq üsulu lazımdır”.
Unutmayaq ki, idman hər şeydən öncə sağlamlıqdır. Arıqlığından və köklüyündən asılı olmayaraq hər kəs idmanla məşğul olmalıdır. İdman təkcə arıqlamaq üçün deyil, həm də ideal bədən quruluşana malik olmaq üçün lazımdır. İdmanın xeyrindən başqa heç bir ziyanı yoxdur: "İdmanın əks təsirini yalnız qidalanmaya fikir vermədikdə görmək olar. Məşqlərdən sonra düzgün qidalanmayan xanımlarda sürətli kökəlmə baş verə bilər. Bəzən idmandan yarım saat sonra yemək yeyirlər. Məşqdən minimum 2 saat sonra qidalanmaq olar. Arıq xanımlar isə məşqdən 40 dəqiqə sonra yemək yeyə bilərlər. Çünki məşq adamı acdırır, iştahı artırır. Bu isə kökəlmək üçün şansdır”.

loading...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1306
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
isdediyim vaxt kokele bilirem

isdediyim vaxt kokele bilirem
6 may 2016 21:16
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
rəmsə
Oğluşumçun oxudum bu xəbəri,oğlan kökəlmək bilmirdə,elə bil skeletdi.İdman edir düzdü ama iştahası yoxdu,onu yemirəm,bunu yemirən,o yeməyə soğan vurdun,buna nə bilim nə vurdun deyib çox vaxt yeməkdənsə şirniyyata üstünlük verir.Yeməyi yadına salmasan acdım deməz...
6 may 2016 19:17
3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
ayka95
halimden çox raziyam
6 may 2016 14:54
2
Offline
BARBI
arigam kokelmek istemirem .vucudumnan raziyam,

kokelmek ucun bol kaolrili ve yagli yemek lazimdir
6 may 2016 14:08
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv