Sağlam formada necə kilo ala bilərik?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 382
Səs ver:
(səs: 0)
- Gün içində fürsət tapdıqca nəsə yeyin.

- Ümumiyyətlə yüksək kalori ehtiva edən qidaları qəbul edin.

-Yağdakı kalori digər bütün yeməkdəkilərdən daha çoxdur: 1 çay qaşığı yağ 45 kalori ehtiva edər. Pəhrizinizə bitki mənşəli yağlar (kanola yağı, zeytun yağı və yerfıstığı yağı), yumşaq marqarini, fıstıq əzməsini (yemədən əvvəl qarışdırılması lazım olan növünü seçin) əlavə edin. Belə yağlar kalori almağa imkan verər.

Bütün yağ növləri eyni səviyyədə yağ içərmələrinə baxmayaraq doymuş yağlar xolesterolunuzu artırar və digər zərərli qan yağlarınızı yüksəldirlər. Yüksək doymuş yağ nisbətinə sahib qidalar bunlardır: gündəlik süd məhsullarının hamısı, toyuq dərisi, sosiska, xama, kərə yağı, yağlı ət və müxtəlif işlənmiş qəlyanaltı yeməklər.

Yüksək kalorili bir pəhriz tətbiq etmək istəsəz bunu - tam taxıllar, meyvə və tərəvəzlər kimi işlənməmiş karbohidratlarla və yağsız süd, dərisi ayırd edilmiş ev heyvanı əti, balıq,lobya, yağsız bifşteks kimi yağsız zülal məhsullarıyla dəstəkləyərək sıx hala gətirə bilərsiniz.

Kilo almağı sürətləndirən formula:
150 qr. qoz içi,
200 qr. xurma,
200 qr. ərik,
200 qr. əncir,
20 qr. kətan toxumu
1 portağalın qabığı (rəndələnmiş qaydada),
50 qr. duzsuz kərə yağı,
2 ədəd hil,
2 qr. zirə tozu,
50 qr. fısdıq içi (duzsuz),
1 kilo bal

Hazırlanması:
Əvvəl xurmaları axşamdan isladırıq və çəyirdəklərini çıxardırıq. Ərik, əncir və xurmanı blenderdən keçiririk. Sonra bütün ərzaqlarımızı qarışdırırıq. Bu qarışımdan səhər-axşam 1 çay qaşığı yemək lazımlıdır. Daimi istifadə etsəniz kilo almanıza kömək edə bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 382
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri